Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə “Təhsil365”ə İnstitutu nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Qeyd edək ki, müsahibə linki 2 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.