Təhsil 365 - Logo Mobile

105 ilin işığında: 5 ildən avtobioqrafik etüdlər...

3001.09.2024 - 11:00
105 ilin işığında: 5 ildən avtobioqrafik etüdlər...

Jurnalistika fakültəsinə qəbul olunduğum il Bakı Dövlət Universiteti yüz yaşını qeyd edirdi. Həqiqətən də çoxminli Universitet kollektivi üçün həmin ili mübarək və müqəddəs saymaq olardı. Təəssüf olsun ki, növbəti il bütün dünyanı pandemiya adlı bəla bürüdü. Mövcud vəziyyətlə əlaqədər olaraq dərslər və imtahanlar onlayn sistemə keçdi. Həmin ərəfədə tələbə təəssüratlarım "İlk və mükəmməl təcrübə" başlığı altında Universitetin rəsmi saytında dərc olundu. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq müəllim-tələbə birliyi nəticəsində BDU ailəsi sınaqdan üzüağ çıxdı. Həqiqətən də bu sınaq həm də dönüş nöqtəsi oldu. Bu mənada Universitetimizin rəsmi saytı tələbə fikirlərinə ürəkaçıqlığı ilə yenidən yer ayırdı. Beləcə, "Dönüş yeni vəhdət yaratdı" başlıqlı yazım işıq üzü gördü. Qarşıda isə bizi, ümumilikdə "birləşmiş xalqımız"ı (C.Məmmədli) daha ağır və şərəfli sınaq gözləyirdi. Azərbaycan hər iki cəbhədə düşmənlə mübarizədə idi. Çox keçmədi ki, 2020-ci ilin sonları koronavirus və ondan da təhlükəli erməni faşizminin başı "Dəmir Yumruq"la əzildi. Bu ərəfələrdə Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Günel İsgəndərin dəstəyi ilə mediada "Hər iki cəbhənin qalibi Azərbaycan!" adlı məqaləm dərc olundu.

"Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili" layihəsinin ideya müəllifi rektor Elçin Babayevin təşəbbüsü ilə Bakı Dövlət Universitetində üç kitab işıq üzü gördü: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri", "Vətən müharibəsi yerli və xarici mediada" və "Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları". Sonuncu kitabda yazılarımın dərc olunması da tələbə üçün qürurlu hadisə idi. Digər fəxarətli tarixi hadisə də ondan ibarət idi ki, Bakı Dövlət Universiteti növbəti əsrə bütöv Azərbaycanın elm məbədi olaraq qədəm qoydu. Sonrakı illərdə iki saylı tədris binası əsaslı təmir olundu. Korpusun önündə qələbəmizin rəmzi olan Xarı bülbül öz ucalığından tədris binasına tərəf, habelə Universitetin alaqapısına doğru boylanır. Hər səhər günəş şəfəqlərində çoxminli Universitet kollektivini salamlayır. Bir də Xarı bülbül Milli "Əkinçi"dən Beynəlxalq Şuşa Forumuna uzanan şərəfli yolun ən uca zirvəsində göründü. Milli mətbuatımızın "Əkinçi"si qaranquştək Xarı bülbül üzərində pərvaz etdi.

Bəlkə də bundan öncə: "Zaman ötəcək Həsən bəyin "Əkinçi"sinin səsi Şuşadan eşidiləcəkdi. Mətbuatın qaranquşu zəfərimizin Xarıbülbülünün üzərində pərvaz edəcəkdi. Bütün bunlar xalqın tarixinə yazılan coğrafi hadisədən doğacaqdır. Xalqın "Əkinçi" adlı mənəvi qələbəsinin üzərinə Vətən torpaqlarının azadlığı ilə "44 günlük" Zəfər "silinməz yazı" şəklində əbədi həkk olunacaqdı", desəydilər yuxu kimi görünərdi. Bu gün bütün gördüklərimiz reallıqdır. İndi dünənin "Əkinçi"si kimi, bu günün "Şuşa Forumu" da öz ətrafına söz, fikir adamlarını toplayır. Fəqət burada aspekt genişdir: yüzdən artıq media subyekti, üç bu qədər də söz, fikir adamları... Beləcə, Azərbaycan adlı həqiqətin, həmçinin milli sözün, mətbuatın areallığı və reallığı Şuşa adlı ucalıqdan dünyaya yayımlandı.

Beş ili dolğun təsvir edilən rəssam tablosuna bənzətsək, düşünürəm, burada bütün rənglər yer alar. Tablonun lap yuxarısında qürur və qürub rəngləri "xeyir və şər qardaşdır" misalını xatırladar. Belə olmasaydı dahi Nizami "Xeyir və şər"i birlikdə səfərə yollamazdı. Və Dədə Ələsgər də "yaxşı günün də olurmuşsa yamanı, yaman günün yaxşı halı varıymış" deməzdi. Beləcə, tabloda günəş və fikir işığı eyni anda qürubunu yaşadı: Şirməmməd Hüseynov, İlham Mazanlı, Ayaz Musayev, Şamil Vəliyev, Yalçın Əlizadə, Nəsiman Yaqublu kimi sanballı müəllimlərimizin fiziki yoxluğu ilə. Ancaq yenə də qürurluyuq, o mənada ki, müəllimlərimizin ruhunu yaşadan, elmini davam etdirən tələbələri, Jurnalistika fakültəsi var. Bu il doğma Bakı Dövlət Universiteti 105, Jurnalistika fakültəsi 55 illik tarixinin ucalığından boylanır. Zəfərlə süslənən ucalığın(m)ız mübarəkdir!..

Əsgər İsmayılov

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45