Təhsil 365 - Logo Mobile

“Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbiri keçirilib

2906.09.2024 - 06:40
“Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbiri keçirilib

Sentyabrın 5-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbiri keçirilib.

Tehsil365 xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan müəllimi”nin baş redaktoru Sarvan İbrahimov qəzetin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, ölkəmizin təhsil salnaməsini yaradan “Azərbaycan müəllimi” 1934-cü il sentyabrın 2-dən “Kommunist maarifi” adı ilə nəşr olunmağa başlayıb.

Sonrakı dövrlərdə “Müəllim qəzeti” adı ilə çap olunub. Qəzetin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət etmək olub. Qəzetin nəşrində başlıca məqsəd ölkədə maarif işlərinin həyata keçirilməsinə dəstək göstərmək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gündəmə gətirmək və onların reallaşdırılmasına nail olmaq idi.

Fəaliyyətinin ilk illərindən ölkənin təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran “Azərbaycan müəllimi”nin təkcə respublikamızda deyil, keçmiş ittifaq respublikalarında, hətta xarici ölkələrdə belə oxucuları olub. Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə seçilib, o, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb. Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında “Azərbaycan müəllimi” qəzetinin rolu əvəzsizdir.

Sonra qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.

Yubiley tədbirində “Azərbaycan müəllimi” qəzetinin saytının yenilənmiş variantı təqdim edilib. Saytın yenilənmiş variantı yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub.

Nazir deyib: “Ölkəmizin təhsil sisteminin siması olan müəllimlərimizin adını brendləşdirən qəzet hazırda da elm və təhsil sahəsində aparılan islahatların təbliğində əvəzsiz rol oynayır. Təhsil sahəsində dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub.

Gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var. Çünki fikirlər nə qədər çox və müxtəlif olsa, müzakirə zamanı həqiqətə daha da yaxınlaşmaq olar”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yolu milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyi kimi dəyərləndirib. Əhməd İsmayılov çıxışında, həmçinin müstəqillik illərində Azərbaycan mətbuatına yaradılan imkanlardan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhəmiyyətli qərarından sonra medianın inkişafı üçün əlverişli şərait yaradıb: “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasını təşkil edir.

Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həyatında medianın rolunu yüksək qiymətləndirərək müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. “Azərbaycan müəllimi” qəzetinin təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu var: “Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq “Azərbaycan müəllimi” qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda, müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir”.

Digər çıxış edənlər qəzetin missiyasına sadiq qalaraq həm elm və təhsil sahəsində, həm də ictimai həyatda baş vermiş önəmli hadisələri işıqlandırdığını vurğulayıblar.

Tədbirdə “Azərbaycan müəllimi”nin yeni loqosu təqdim olunub.

Daha sonra rebrendinq müsabiqəsinin qalibi mükafatlandırılıb, qəzetin əməkdaşları təltif edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20