Təhsil 365 - Logo Mobile

Üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

3206.09.2024 - 08:00
Üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bu imtahanlarda iştirak edəcək şagirdlər  “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

  • İmtahana buraxılış vərəqəsi;

  • Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20