Təhsil 365 - Logo Mobile

Azərbaycan və Almaniyanın elmi-tədqiqat institutları əməkdaşlıq edəcək

3206.09.2024 - 11:20
Azərbaycan və Almaniyanın elmi-tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında elmi əməkdaşlıq barədə memorandum imzalanıb.

Bu barədə “Tehsil365”ə MBBİ-dən bildirilib. Memorandumu MBBİ-nin direktoru akademik İradə Hüseynova və Maks Plank Təkamül Antropologiyası İnstitutunun icraçı direktoru professor Johannes Kraus imzalayıblar.

Memorandumun şərtlərinə görə, bu qurumlar arasında elmi əməkdaşlıq əlaqələri ilkin mərhələdə 5 il müddətinə nəzərdə tutulur. Ehtiyac yaranasa, bu müddət daha 2 il uzadılacaq. Memorandumda əsasən paleogenetika, arxeologiya, DNT/RNT sekvensi, bioinformatika və digər biomolekulyar metodların mənimsənilməsi sahəsində treninqlərin, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini əhatə edən hərtərəfli akademik əməkdaşlıq nəzərdə tutulub. Birgə tədqiqat layihələri Azərbaycanın arxeoloji abidələrindən əldə olunan bioloji nümunələrin tarixi, təkamülü və bioloji əhəmiyyətinin araşdırılmasına yönəldiləcək. Bundan başqa, tərəflər arasında təcrübə mübadiləsini təmin etmək məqsədilə birgə layihələrin həyata keçirilməsi prosesində nümunələrin toplanması və laborator işlərə cəlb edilməsi, həmçinin hər iki tərəfdən uyğun mütəxəssislərin vaxtaşırı mühazirələrinin təşkili məsələsi memorandumun şərtləri sırasına daxildir. Memorandumda tərəflərin hüquq və vəzifələri, məsuliyyətləri, intellektual mülkiyyətin qorunması, əldə olunan nəticələrin konfidensiallığının müəyyən şərtlər daxilində, müəyyən vaxta qədər qorunması və s. kimi məsələlər də yer alıb.

Qeyd edək ki, MBBİ-nin Molekulyar biologiya ixtisası üzrə dissertantı, Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Rüstəmova 2022-ci və 2023-cü illərdə Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi ezamiyyədə olub. Həmin instituta nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə 2022-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı almiş professor Paabo Svante rəhbərlik edir.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20