Təhsil 365 - Logo Mobile

Azərbaycanlı tələbələr BƏƏ Kosmik Mərkəzində təcrübə keçəcəklər

2606.09.2024 - 13:00
Azərbaycanlı tələbələr BƏƏ Kosmik Mərkəzində təcrübə keçəcəklər

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübə proqramında iştirak edəcəklər.

Tehsil365 xəbər verir ki, təcrübə proqramı Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasının bakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süni intellekt, STEM sahəsi üzrə biliyə sahib, həmçinin digər texniki ixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüd proqramının məzunları iştirak edirlər.

Təcrübə proqramına başlamazdan əvvəl tələbələrlə Azərkosmosda keçirilən görüşdə proqramın əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, bu proqramda tələbələrin kosmik tədqiqatlar, aerokosmik mühəndislik və qabaqcıl texnologiya sahələrini dərindən öyrənmək fürsəti olacaq. Proqramı uğurla başa vuran tələbələrə kosmos və texniki elmlər sahəsində təqaüd əldə etmək imkanı, eləcə də Kosmik Mərkəzin elmi komandası ilə işləməyə davam etmək şansı veriləcək.

Kosmos, aerokosmik innovasiyalar və texniki fənlər üzrə təcrübə mübadiləsi proqramını özündə birləşdirən bu “REU Boot Camp”ında tələbələr 7 gün ərzində proqram çərçivəsində təlimlərdə və təcrübə sessiyalarında iştirak edəcəklər. Proqram daha sonra müəyyən olunmuş xüsusi tədqiqat mövzusuna əsasən mentor tərəfindən verilən tapşırıqların həll edilməsi ilə tamamlanacaq. Tələbələr kosmik, aerokosmik, eləcə də innovasiya və texniki istiqamətlər üzrə analoq sistemləri, informasiya təhlükəsizliyi, kompüter və elektronik mühəndislik, pilotların və astronavtların hazırlığı, BƏƏ Ay Proqramı, BƏƏ Mars Missiyası, məsafədən idarəetmə sistemləri, peyklərin məsafədən müşahidəsi prosesində “Python” proqram sistemlərinin tətbiqi, süni intellekt və məsafədən müşahidə tətbiqləri, eləcə də ərəb dünyasının ilk qadın astronavtı olan Nora Almatrouşi ilə master-klass fəaliyyətlərinə qatılacaqlar.

Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərək məzun statusu alacaqlar.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəz bir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı, təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi, eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçün müvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzin qlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2” peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var. Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatları toplamaqdan ibarətdir.

Kosmik sahədə insan kapitalına yatırım məqsədilə Mərkəz 2017-ci ildə “Birləşmiş Ərəb Əmirliklərinin Astronavt Proqramı”na start verib. 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya (ISS) elmi missiya məqsədilə ilk Əmirlik astronavtı Hazzaa Al-Mansoori uçuş reallaşdırıb. Xatırladaq ki, ötən il astronavt Hazzaa Al-Mansoori Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin “Astronavtlar Proqramı”nın aktiv iştirakçısı olub

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20