Təhsil 365 - Logo Mobile

Qəbul edilən Ortaq Türk Əlifbasının təşəbbüskarı kimdir?

3313.09.2024 - 09:00
Qəbul edilən Ortaq Türk Əlifbasının təşəbbüskarı kimdir?

Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.

Tehsil365 xəbər verir ki, Bir neçə gün öncə, 12 sentyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbasının layihəsi təsdiq olunaraq, sözügedən layihənin tətbiqi ilə əlaqədar razılığa gəlinmişdir.

Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi, bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması, eləcə də Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılmasından ibarət olmuşdur.

Komissiya, 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın qrafikası əsaslı Ortaq Türk Əlifbası layihəsini hərtərəfli şəkildə nəzərdən keçirmiş, bu layihədə gərəkli olan məqamlara diqqət yetirərək ümumilikdə 1991-ci ilin layihəsini qəbul etmişdir.

Qeyd olunmalıdır ki, 1991-ci ildə Ortaq Türk Əlifbasının hazırlanmasının əsas təşəbbüskarı və tərtibatçısı tanınmış türkoloq, dilçi-alim və ictimai xadim, Müasir Azərbaycan Əlifbasının müəllifi akademik Afad Qurbanov olmuşdur.

Məlum olduğu kimi, 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən "Müasir Türk Əlifbası" simpoziumunda Afad Qurbanovun təqdim etdiyi Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin dilçiləri tərəfindən qəbul edilmişdir.

Həmin iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilər iştirak edirdilər. Dilçilərin müzakirəsinə təqdim edilən əlifbada mövcud olan 34 hərfin 29-u türk dilindən götürülmüşdür.

Akademik Afad Qurbanovun gərgin əməyi nəticəsində 1991-ci ildə türk dünyası üçün 34 hərfdən ibarət latın qrafikası əsasında hazırlanmış Ortaq Türk Əlifbasının layihəsi bütün türkdilli xalqların fonetik sistemini əhatə etmişdir.

Afad Qurbanov 1993-cü ildə Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin alimləri tərəfindən qəbul olunarkən demişdir ki, "Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir".

1993-cü ildə hazırlanmış Orta Türk Əlifbası:

Ortaq Türk Əlifbasının hazırlanmasındakı, Türkoloji dilçiliyin və Ortaq Türk Dilinin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.

Şəkillər 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən "Müasir Türk Əlifbası" simpoziumu zamanı çəkilib.

Elmina Muxtarlı

Xəbər Lenti

İnformasiya Texnologiyaları İnstitutu və GEANT arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub - FOTO 30.06.2025 - 11:40
BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO 30.06.2025 - 11:30
AzMİU tələbələrinin uğuru: Dünya Robot Çempionatının Azərbaycan finalı30.06.2025 - 11:20
İkinci iş yeri üzrə müəllimlərin qeydiyyatı başladı30.06.2025 - 11:10
Xaricdə natamam ali təhsil alanların diqqətinə – Qismən tanınma prosesinin vaxtı uzadılıb30.06.2025 - 11:00
Aynur Qəzənfərqızı dosent elmi adı ilə təltif edilib30.06.2025 - 10:50
Adil Kərimli Lerikdə vətəndaş qəbulu keçirəcək30.06.2025 - 10:40
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzaladı30.06.2025 - 10:30
Sabahdan məktəbli formaları daha ucuz qiymətlərlə satışda olacaq30.06.2025 - 10:20
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə ediblər30.06.2025 - 10:10
AzMİU müəlliminin araşdırması tikinti sektorunda innovasiyaların inkişafına təkan verə bilər30.06.2025 - 10:00
30 İyun – Sevgiyə və Sədaqətə Həsr Olunan Gün30.06.2025 - 09:50
İyulun əvvəlində hava dəyişkən və əsasən yağmursuz olacaq30.06.2025 - 09:40
Dietoloqdan dondurma açıqlaması30.06.2025 - 09:30
Sosial Xidmət Mərkəzləri: Həssas Qruplara Dəstək Genişlənir30.06.2025 - 09:20
Sosial Qayğıdan Uğura: 13 Məzun Yeni Həyata Addım Atdı30.06.2025 - 09:10
İlin sonuna qədər 5 sosial xidmət mərkəzinin açılması nəzərdə tutulur 30.06.2025 - 09:00
Məktəblərdə 1 752 risk qrupuna daxil olan uşaq aşkarlanıb30.06.2025 - 08:50
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir30.06.2025 - 08:40
Bir qrup xeyriyyəçi iş xanımı BANM-in 9 tələbəsinin təhsil haqqını ödəyib -FOTO 30.06.2025 - 08:30
Bakı Ali Neft Məktəbində data analitikası adlı yeni ixtisası açılır30.06.2025 - 08:20
BDU-nun komandası “Nə? Harada? Nə zaman? intellektual oyunun qalibi olub -FOTO 30.06.2025 - 08:10
Süni intellekt həyatımızı necə dəyişir?30.06.2025 - 08:00
DİM Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib30.06.2025 - 07:50
Bu il 72 peşə təhsil müəssisəsinin 17 566 tələbəsi məzun olub 30.06.2025 - 07:40
Bu gün Cəlal Əliyevin doğum günüdür 30.06.2025 - 07:30
Azərbaycanlı gənclər WRC Azerbaijan Çempionatında qalib gəldi -Foto 30.06.2025 - 07:20
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin diqqətinə 30.06.2025 - 07:10
Bu gün hava necə olacaq?30.06.2025 - 06:30
Peşə mərkəzinin tələbələri WRC Azerbaijan Çempionatında böyük uğura qazanıblar -FOTO 30.06.2025 - 06:20
FHN tərəfindən təşkil olunan yarışların qaliblərinin mükafatlandırma mərasimi olub-FOTO 30.06.2025 - 06:10
30 iyun tarixində "Şəhidin səsi" proqramında Vətən müharibəsi şəhidi Aslan Rzayev yad ediləcək29.06.2025 - 10:20
Milli Kitabxanada professor Pənah Xəlilovun 100 illiyinə həsr olunmuş sərgi açıldı29.06.2025 - 10:10
Rezidentura imtahanında qayda pozuntusu: Bir nəfər mobil telefonla yaxalanaraq imtahandan xaric edildi29.06.2025 - 10:00
Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib29.06.2025 - 09:50
İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı – Yağış, şimşək və leysan ehtimalı var29.06.2025 - 07:00
MDU tələbələri Dünya Robot Çempionatına vəsiqə qazandı – “MDU-SKYRIDERS” tarix yazdı29.06.2025 - 06:50
Bu gün DİM rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək29.06.2025 - 06:40
Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək 29.06.2025 - 06:30
Təhsil eksperti Nadir İsrafilov vəfat edib28.06.2025 - 11:40
İyunun 29-da Azərbaycan dili fənni üzrə test imtahanı keçiriləcək 28.06.2025 - 10:05
MDU Riyaziyyat və İnformatika Sahəsində Yeni Kadrlar Axtarır28.06.2025 - 09:45
Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.28.06.2025 - 09:35
Türkiyədə ilk:Bahçeşehir Universitetində tar bölməsi açılır 28.06.2025 - 09:25
Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"28.06.2025 - 09:15
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsində təcrübə mübadiləsi proqramının birinci mərhələsi gerçəkləşdirilib28.06.2025 - 09:05
“ABB” Bankda “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı28.06.2025 - 08:55
Qismən akademik tanınma prosesinin müddəti uzadılıb28.06.2025 - 08:45