Təhsil 365 - Logo Mobile

Tələbə qəbulu dövründə ADPU-da 5356 vətəndaş müraciəti cavablandırılıb

3013.09.2024 - 13:40
Tələbə qəbulu dövründə ADPU-da 5356 vətəndaş müraciəti cavablandırılıb

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə  tələbə qəbulu kampaniyası dövründə Pedaqoji Universitetin müvafiq strukturları və tələbə təşkilatları tərəfindən abituriyent və tələbələrin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin sorğularını operativ cavablandırmaq, xüsusən abituriyentlər və valideynlərin ixtisas seçimi, mövcud ixtisaslar, infrastruktur və naviqasiya məsələləri, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə kreditinə müraciət və s. məsələlərlə bağlı münəticələrinə çevik qaydada baxmaq və lazımi dəstək göstərmək məqsədi ilə son iki ay ərzində sistemli fəaliyyət icra olunub.

Belə ki, bu dövrdə Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən rəsmi instaqram səhifəsi vasitəsi ilə 4578, feysbuk səhifəsi vasitəsi ilə 100, imeyl vasitəsi ilə 16, votsap və teleqram üzərindən 166 müraciət cavablandırılıb, eyni zamanda şöbəyə 228 zəng daxil olub.

Həmçinin qəbul müddətində şöbə tərəfindən aktiv marketinq kampaniyası aparılıb, bu vaxt intervalında  rəsmi sayt, instaqram, feysbuk, teleqram, votsap və linkedin kanallarında platformaların xüsusiyyətlərinə müvafiq 50 fərqli məlumatlandırıcı və istiqamətverici məzmun yayımlanıb.

Qeyd edək ki, Tədbirlərin təşkili və tələbələrlə iş, İctimaiyyətlə əlaqələr və marketinq şöbələri və ADPU-da fəaliyyət göstərən tələbə təşkilatlarının təşkilatçılığı ilə bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin onlayn qeydiyyatına dəstək məqsədi ilə 28 avqust – 09 sentyabr 2024-cü il tarixlərində universitetdə canlı operativ dəstək xidməti təşkil olunub. Dəstək xidmətində 300 nəfərədək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və yardım göstərilib.

Hesabat dövründə, ümumilikdə 5356 əyani, onlayn və zənglə edilən müraciətə baxılıb.

Eyni zamanda I tədris ilinə qəbul olunmuş tələbələrin universitetlə bağlı məlumatlara asan çıxışlarını təmin etmək və suallarını yerində cavablandırmaq məqsədi ilə “ADPU 2024 – I kurs İnfoMərkəz” teleqram məlumatlandırma qrupu yaradılıb ki, burada yeni qəbul olunan tələbələri maraqlandıran məsələlərlə bağlı müvafiq şöbələrin və tələbə təşkilatlarının nümayəndələri tərəfindən mütəmadi məlumatlar verilir, suallar cavablandırılır. Hazırda qrupa 600 nəfərədək tələbə üzv olub ki, bu da ADPU-ya yeni qəbul olunan tələbələrin 22 faizini əhatə edir.

Vurğulamaq lazımdır ki, sadalananlarla yanaşı qəbul kampaniyası müddətində ADPU-nun müxtəlif digər strukturları və fakültələr tərəfindən də onlarla vətəndaş müraciətləri cavablandırılıb, fakültələrə yaxınlaşan abituriyent və valideynlərə zəruri kömək göstərilib.

Elmina Muxtarlı

Xəbər Lenti

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb30.12.2024 - 17:00
Mənəvi dəyərlərimiz…30.12.2024 - 16:40
AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib30.12.2024 - 16:20
DİN bayram günlərində səfər edənlərə müraciət edib30.12.2024 - 16:00
Təyyarə qəzasında xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb30.12.2024 - 15:40
“Can deyib, can eşidirdik, planlarımız var idi...” - Video30.12.2024 - 15:20
Yeni il gecəsi metro bu saatadək işləyəcək30.12.2024 - 15:00
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində - FOTOLAR30.12.2024 - 14:40
Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb30.12.2024 - 14:20
DİM sədri bayram münasibətilə xalqı təbrik edib30.12.2024 - 14:00
Nəsiman Yaqublunun Yeni Kitabı Nəşr Olundu: “Azərbaycanlı Mühacirlərin Türkiyə Yazıları” - FOTO30.12.2024 - 13:40
Şuşa ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır - FOTO30.12.2024 - 13:20
Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur30.12.2024 - 13:00
31 dekabrda bayram konserti OLMAYACAQ30.12.2024 - 12:40
Quyuya düşən qızı bir həftəyə yaxındır xilas etməyə çalışırlar30.12.2024 - 12:20
Şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək30.12.2024 - 12:00
Əvvəlki ilin məzunları qəbul imtahanlarında necə iştirak edə bilər? - DETALLAR30.12.2024 - 11:40
"Azərbaycanın Qəhrəman Qadınları: Hökumə Əliyeva Tarix Yazdı"30.12.2024 - 11:20
İlin son gününün havası açıqlanıb30.12.2024 - 11:00
Bu qədər məzun qızıl və gümüş nişana layiq görülüb30.12.2024 - 10:40
Bakıda bayram münasibətilə atəşfəşanlıq olacaq30.12.2024 - 10:20
İsa Həbibbəyli TÜBA-nın fəxri üzvü seçilib30.12.2024 - 10:00
Dünyada autizm halları niyə artır?30.12.2024 - 09:40
Emin Əmrullayevin doğum günüdür30.12.2024 - 09:20
MDU-nun əməkdaşları şəhid ailələrini ziyarət edib30.12.2024 - 09:00
Bakıda 148 nəfər 12-ci sinifdə oxuyur30.12.2024 - 08:40
25 dekabrda baş vermiş təyyarə qəzası tarix dərsliyinə salınsın – Ekspertdən təklif30.12.2024 - 08:20
Bu gün hava yağıntılı olacaq30.12.2024 - 08:00
3672 nəfər lisey və gimnaziyalara qəbul olub - FOTO30.12.2024 - 07:40
Kimyaçılardan yeni KƏŞF30.12.2024 - 07:20
Pilotun adı akademiyaya VERİLİR30.12.2024 - 07:00
Aleksandrın adına tələbə təqaüdü təsis EDİLİR30.12.2024 - 06:40
Alimlərin hazırladığı cihaz sağlamlığı bərpa edəcək30.12.2024 - 06:20
Yeddi günlük bayram tətili BAŞLADI30.12.2024 - 06:00
İşğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatlar aparılıb29.12.2024 - 19:40
“Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” - seminar29.12.2024 - 19:20
Şərqşünaslıq İnstitutunun illik hesabatı: 516 əsər çap olunub29.12.2024 - 19:00
Fəlsəfə və Sosiologiya İnstitutunda bu il iki elmi nəticə əldə olunub29.12.2024 - 18:40
Qafqazşünaslıq İnstitutunda bu il 18 iş üzrə tədqiqat aparılıb29.12.2024 - 18:20
AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin biblioqrafik göstəricisi nəşr olunub29.12.2024 - 18:00
BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq29.12.2024 - 17:40
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub - FOTO29.12.2024 - 17:20
Texniki Universitetdə beynəlxalq elmi əməkdaşlığa dair vorkşop keçirilib - FOTO29.12.2024 - 17:00
BANM-də əcnəbi tələbələrlə görüş keçirilib - FOTO29.12.2024 - 16:40
ADPU-nun Şamaxı fililında “Həmrəylik işığında Azərbaycan” adlı tədbir keçirilib29.12.2024 - 16:20
Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib - FOTOLAR29.12.2024 - 16:00
Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib - FOTO29.12.2024 - 15:40
Ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildi - SƏRƏNCAM29.12.2024 - 15:20