Təhsil 365 - Logo Mobile

Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir

3613.09.2024 - 14:20
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir

Sentyabrın 25-dən Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə UNEC-də növbəti dəfə Çin dili kurslarına başlanılacaq.

Tehsil365 xəbər verir ki, UNEC Ekstern Mərkəzində keçiriləcək dərslər həftədə 3 dəfə təşkil olunacaq.

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan təlimlər iştirakçılara Çin dili üzrə elementar səviyyəni aşılayacaq. İştirakçılar dilin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığı əldə edəcəklər. Üç ay davam edəcək proqram üzrə təlimlər distant formada keçiriləcək. Bununla yanaşı, Çin mədəniyyəti ilə bağlı da həftədə bir dəfə dərslər nəzərdə tutulub.

Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edəcəklər.

Proqramın aylıq ödənişi 60 manat təşkil edir.

Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslər - şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan digər şəxslərin təhsilhaqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.

Qeyd edək ki, hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artmaqda davam edir. İqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyanın ən çox yayılan dillər siyahısında ilk yerlərdə qərarlaşıb. Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili üzrə 3-cü kurslardır.

Dərslərdə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 24-dək təqdim etməlidirlər.

Namizədlər İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən UNEC Ekstern Tədris Mərkəzinə, yaxud [email protected] elektron ünvanına müraciət edə bilər.

Əlaqə nömrələri  - (012) 492 59 03 (daxili 1511), (051) 590 42 44

Elmina Muxtarlı

Xəbər Lenti

Qar yağacaq - XƏBƏRDARLIQ15.01.2025 - 14:40
Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür - DİM sədri15.01.2025 - 14:20
DİM-ə uyğunluq sertifikatı təqdim olunub15.01.2025 - 14:00
ADNSU-da TKTA-nın nümayəndələri ilə birlikdə GÖRÜŞ15.01.2025 - 13:40
Bakı məktəblərində tədris ənənəvi qaydada davam edir15.01.2025 - 13:20
“Təqdimat bacarıqlarının inkişafı” - DİM-də təlim15.01.2025 - 13:00
DİM-in fəaliyyəti beynəlxalq standartlara uyğundur15.01.2025 - 12:40
COP29-da iştirak edən 76 BMU könüllüsü təltif edilib - FOTO15.01.2025 - 12:20
MDU-da İşçi Qrupun növbəti iclası keçirilib - FOTO15.01.2025 - 12:00
“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibətilə təqvim dəsti nəşr etdirib - Fotolar15.01.2025 - 11:40
Təmirə ehtiyacı olan məktəbdənkənar müəssisə ilə bağlı AÇIQLAMA - FOTO15.01.2025 - 11:20
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq15.01.2025 - 11:00
15.01.2025 - 10:40
DİM bu şəxslərə müraciət etdi15.01.2025 - 10:20
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı15.01.2025 - 10:00
COP29 könüllülərinə 1500 manat verilir15.01.2025 - 09:40
Bakıda 15 yaşlı qız itkin düşüb15.01.2025 - 09:20
DİM xarici dil fənnini tədris edən müəllimlərlə görüş keçirib15.01.2025 - 09:00
RFO-nun yarımfinal mərhələsində iştirak edən şagirdlərin NƏZƏRİNƏ15.01.2025 - 08:40
Xaricdə təhsil alan azərbaycanlıların sayı - STATİSTİKA15.01.2025 - 08:20
Üç gün ardıcıl iş olmayacaq15.01.2025 - 08:00
Lisey balabilgələri Yaşat Fonduna 10 000 AZN vəsait topladı - FOTO15.01.2025 - 07:40
Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət kataloq nəşr olunub - FOTO15.01.2025 - 07:20
Naxçıvanda iki məktəbli oğlan itkin düşüb15.01.2025 - 06:40
Bu gün hava necə olacaq?15.01.2025 - 06:20
Gənclər risk zonasında - Süni intellektin GİZLİ TƏHLÜKƏSİ15.01.2025 - 06:00
Goranboyda "20 Yanvar" faciəsinin 35-ci ildönümünə həsr olunmuş dərs keçirilib - FOTOLAR14.01.2025 - 20:25
Şuşa şəhərində Qələbə Rəmzi: Bayraq Meydanının tarixi Açılışı14.01.2025 - 20:05
Şagird problemlərinə yeni həll yolları: Təhsil ekspertindən təkliflər14.01.2025 - 19:55
Amerikalı aktrisa yanğında öldü14.01.2025 - 19:50
Afantaziya: Görmədən düşünmək və xatırlamaq14.01.2025 - 19:40
Göygöldə məktəblilər arasında mübahisə olub14.01.2025 - 19:20
“Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb14.01.2025 - 19:00
Akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb14.01.2025 - 18:40
ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub - FOTO14.01.2025 - 18:20
AMEA Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib14.01.2025 - 18:00
Məktəbli qız qızdırmadan öldü14.01.2025 - 17:40
DİM növbəti imtahana qeydiyyat elan edir14.01.2025 - 17:20
Fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq davam edir14.01.2025 - 17:00
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək14.01.2025 - 16:40
BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq müzakirə edilib - FOTO14.01.2025 - 16:20
MDU ilə Düzcə Universiteti arasında tanışlıq görüşü keçirilib - FOTO14.01.2025 - 16:00
Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq14.01.2025 - 15:40
Rezidentura təhsilini bitirənlərin NƏZƏRİNƏ14.01.2025 - 15:20
Paytaxt üzrə eksternat imtahanlarının VAXTI14.01.2025 - 15:00
Elektrik sobası ilə qızdırılan kənd məktəbi - Rəsmi AÇIQLAMA14.01.2025 - 14:40
“TEKNOFEST”in nümayəndəsi BMU tələbələrlə görüşəcək14.01.2025 - 14:20
NASA peykləri Xəzər dənizində “yoxa çıxan” adanı qeydə alıb14.01.2025 - 14:00