Təhsil 365 - Logo Mobile

DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı

1816.09.2024 - 11:00
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı

16 sentyabr 2024-cü il tarixindən 100 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 491 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məkrəzdən bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 14-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 64-ü beşinci təsnifatına, 114-ü altıncı təsnifatına və 299-u yeddinci təsnifatına aiddir. Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (36 vəzifə) tərəfindən təqdim olunub. 

Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 217-si 52 yerli icra hakimiyyəti orqanı tərəfindən, 153-ü Naxçıvan Muxtar Respublikasının 20 dövlət orqanı tərəfindən təqdim edilib.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına baxa bilər.

Elmina Muxtarlı

Xəbər Lenti

Qar yağacaq - XƏBƏRDARLIQ15.01.2025 - 14:40
Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür - DİM sədri15.01.2025 - 14:20
DİM-ə uyğunluq sertifikatı təqdim olunub15.01.2025 - 14:00
ADNSU-da TKTA-nın nümayəndələri ilə birlikdə GÖRÜŞ15.01.2025 - 13:40
Bakı məktəblərində tədris ənənəvi qaydada davam edir15.01.2025 - 13:20
“Təqdimat bacarıqlarının inkişafı” - DİM-də təlim15.01.2025 - 13:00
DİM-in fəaliyyəti beynəlxalq standartlara uyğundur15.01.2025 - 12:40
COP29-da iştirak edən 76 BMU könüllüsü təltif edilib - FOTO15.01.2025 - 12:20
MDU-da İşçi Qrupun növbəti iclası keçirilib - FOTO15.01.2025 - 12:00
“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibətilə təqvim dəsti nəşr etdirib - Fotolar15.01.2025 - 11:40
Təmirə ehtiyacı olan məktəbdənkənar müəssisə ilə bağlı AÇIQLAMA - FOTO15.01.2025 - 11:20
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq15.01.2025 - 11:00
15.01.2025 - 10:40
DİM bu şəxslərə müraciət etdi15.01.2025 - 10:20
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı15.01.2025 - 10:00
COP29 könüllülərinə 1500 manat verilir15.01.2025 - 09:40
Bakıda 15 yaşlı qız itkin düşüb15.01.2025 - 09:20
DİM xarici dil fənnini tədris edən müəllimlərlə görüş keçirib15.01.2025 - 09:00
RFO-nun yarımfinal mərhələsində iştirak edən şagirdlərin NƏZƏRİNƏ15.01.2025 - 08:40
Xaricdə təhsil alan azərbaycanlıların sayı - STATİSTİKA15.01.2025 - 08:20
Üç gün ardıcıl iş olmayacaq15.01.2025 - 08:00
Lisey balabilgələri Yaşat Fonduna 10 000 AZN vəsait topladı - FOTO15.01.2025 - 07:40
Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət kataloq nəşr olunub - FOTO15.01.2025 - 07:20
Naxçıvanda iki məktəbli oğlan itkin düşüb15.01.2025 - 06:40
Bu gün hava necə olacaq?15.01.2025 - 06:20
Gənclər risk zonasında - Süni intellektin GİZLİ TƏHLÜKƏSİ15.01.2025 - 06:00
Goranboyda "20 Yanvar" faciəsinin 35-ci ildönümünə həsr olunmuş dərs keçirilib - FOTOLAR14.01.2025 - 20:25
Şuşa şəhərində Qələbə Rəmzi: Bayraq Meydanının tarixi Açılışı14.01.2025 - 20:05
Şagird problemlərinə yeni həll yolları: Təhsil ekspertindən təkliflər14.01.2025 - 19:55
Amerikalı aktrisa yanğında öldü14.01.2025 - 19:50
Afantaziya: Görmədən düşünmək və xatırlamaq14.01.2025 - 19:40
Göygöldə məktəblilər arasında mübahisə olub14.01.2025 - 19:20
“Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb14.01.2025 - 19:00
Akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb14.01.2025 - 18:40
ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub - FOTO14.01.2025 - 18:20
AMEA Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib14.01.2025 - 18:00
Məktəbli qız qızdırmadan öldü14.01.2025 - 17:40
DİM növbəti imtahana qeydiyyat elan edir14.01.2025 - 17:20
Fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq davam edir14.01.2025 - 17:00
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək14.01.2025 - 16:40
BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq müzakirə edilib - FOTO14.01.2025 - 16:20
MDU ilə Düzcə Universiteti arasında tanışlıq görüşü keçirilib - FOTO14.01.2025 - 16:00
Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq14.01.2025 - 15:40
Rezidentura təhsilini bitirənlərin NƏZƏRİNƏ14.01.2025 - 15:20
Paytaxt üzrə eksternat imtahanlarının VAXTI14.01.2025 - 15:00
Elektrik sobası ilə qızdırılan kənd məktəbi - Rəsmi AÇIQLAMA14.01.2025 - 14:40
“TEKNOFEST”in nümayəndəsi BMU tələbələrlə görüşəcək14.01.2025 - 14:20
NASA peykləri Xəzər dənizində “yoxa çıxan” adanı qeydə alıb14.01.2025 - 14:00