Xəbər verdiyimiz kimi, bu gün təhsil müəssisələrində yeni tədris ili başlayır.
Mövzu ilə bağlı “Tehsil365”ə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, Laçın rayonu Sus kəndində 50 nəfərlik körpələr evi-uşaq bağçası, Xocalı rayonunda 40 nəfərlik 1 nömrəli körpələr evi-uşaq bağçası, Xankəndi şəhərində 80 nəfərlik körpələr evi-uşaq bağçası da cari tədris ilində fəaliyyətə başlayır.
Xankəndi şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası - 80 yerlikdir. Xocalı şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası - 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsiləri lazimi infrastrukturla təchiz olunmuşdur.