Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan
“Tehsil365”ə verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.
Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.
Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.