Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompütertexnologiyaları fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasının I kurs tələbəsi Nəzrin Nəcəfli yeniyetmə və gənclər arasında keçirilən VII Respublika Robot Olimpiadasında I yerə layiq görülüb.
Universitetdən “Tehsil365”ə bildirilib ki, Milli Gimnastika Arenasında baş tutan yarışda BMU tələbəsinin təmsil olunduğu “Falcons” komandası (Nəzrin Nəcəfli, Amin Nəcəfli, Sevindik Ələsov) uğurla çıxış edərək Azərbaycan üzrə seçmə mərhələnin qalibi
olub. Sürpriz qaydalar və bonus xallar tətbiq edilən yarışda komanda “Robomission Senior” kateqoriyası üzrə I yeri qazanıb. Qaliblərə diplom və medallar təqdim edilib.
Qalib komandalar bu il noyabrın 28-dən 30-dək Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil etmək hüququ qazanıblar. Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
BMU tələbəsi VII Respublika Robot Olimpiadasının qalibi olub
3423.09.2024 - 14:40