Yüksək keyfiyyət, uyğun qiymət şüarı ilə istehlakçıların gündəlik ərzaq tələbatını daha sərfəli qiymətlərlə təklif edən “AL Market” maraqlı layihələrini davam etdirir.
Tehsil365 xəbər verir ki, Mətbuat Şurası ilə birgə “Məktəbə qayıdış” layihəsi çərçivəsində media nümayəndələrinin övladları arasında esse müsabiqəsi təşkil edilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsini nəzərə alaraq “Təbiəti necə qoruyaq” başlıqlı mövzu seçilib. İki mərhələdən ibarət müsabiqənin ilkin mərhələsində uşaqlar təbiəti qorumaqla bağlı düşüncələrini bölüşüb. Yazılar Mətbuat Şurasının yoxlamasından keçdikdən sonra qaliblər “Dream Əyləncə Mərkəzi”ndə açıqlanıb və bütün uşaqlar bolluca əyləniblər.
Müsabiqənin qaliblərini isə “AL Market”dən maraqlı hədiyyələr verilib. 1-ci yerin sahibi İzzət Əliyevə notbuk, 2-ci və 3-cü yerlərin sahibləri Rüqəyya Vəlizadə və Damla Abdulqədirliyə isə planşet hədiyyə olunub. Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir.