Qarabağ Universitetinin rektoru Şahin Bayramov İncəsənət fakültəsinin tələbələri ilə görüşüb.
Qarabağ Universitetindən “Tehsil365”ə bildirilib ki, görüşün keçirilməsində məqsəd tələbələri təhsil aldıqları ali təhsil müəssisəsinin tarixi əhəmiyyəti barədə məlumatlandırmaq, universitetin və burada təhsil alan tələbələrin qarşısında duran hədəfləri diqqətə çatdırmaqdan ibarətdir.
Rektor tələbələrin hər birinin fəaliyyətinin universitetin inkişafındakı rolundan bəhs edərək vurğulayıb ki, onların yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi üçün ali təhsil ocağında hər bir şərait yaradılıb.
Qeyd edək ki, bu səpkidə görüşlərin digər fakültələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.