Təhsil 365 - Logo Mobile

Rektordan COP29 - Müzakirə üçün 5 təklif

3201.10.2024 - 11:20
Rektordan COP29 - Müzakirə üçün 5 təklif

BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçiriləcək.

Bu fakt ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin də göstəricisidir. Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsi və həlli baxımından COP29-un tarixə düşəcəyinə inanıram.

Bu barədə “Tehsil365”ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov məlumat verib.

Rektor qeyd edib ki, ətraf mühitə atılan tullantıların miqdarının son dərəcə çox olması və ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olar ki, hamı tərəfindən qəbul edilir: “Amma problemin hamı tərəfindən qəbul edilməsi onun həlli üçün kifayət deyil. Eləcə də hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir. Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnız investisiya alətlərilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddi müzakirələrlə zəngin olacaq və inanıram ki, yeni baxışlar ortaya qoyacaq”.

Rektor qeyd edib ki, hər şeydən əvvəl, ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyata keçid iqtisadiyyatda dövlətin rolunun azaldılmasını deyil, artırılmasını tələb edir: “Başqa sözlə, liberal dəyərlərə əsaslanan mövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddi çağırışlarla üz-üzədir. Doğrudur, liberal iqtisadi inkişaf modelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativ yanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Ona görə də qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışın formalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da güclənəcək. Ona görə də qlobal iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha da zəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin yaşıl iqtisadiyyatda və o cümlədən “yaşıl rəqabət”də roluna dair çərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29 çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs və ev sahibliyi edə bilər.

İkincisi, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeni yaşıl iş yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləri çərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi, yumşaq desək, “alqışlamır”. Həmin beynəlxalq ticarət qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqa cür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə tam cavab vermədiyi görünür və həmin təşkilatların transformasiya edilməsi və yaxud tamamilə yenilərinin yaradılması zəruri görünür. İstər transformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatların yaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkələrinin rolu artırıla bilər və COP29 çərçivəsində onların adından təşəbbüslər irəli sürülə bilər.

Üçüncüsü, yaşıl iqtisadiyyata keçid və bununla bağlı təklif edilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfi olacağını ehtimal etmək olar. Beləliklə, yaşıl iqtisadiyyata keçidin təmin edilməsi və nəticədə azalan iqtisadi artım arasında da çətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artım tempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiya edilməsi məsələsi də müzakirə oluna bilər.

Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla bilən tullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra planetin gələcəyi baxımdan “geriyə saymaq” başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılan tullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganə düzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların maksimal həcminin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasət adamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsi COP29-un gündəliyinə daxil edilə bilər.

Beşincisi, COP29 təhsilin yaşıllaşdırılması ilə bağlı qlobal təşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl Təhsil Modelinin də müzakirəsi faydalı ola bilər”.

Elmina Muxtarlı

Xəbər Lenti

“British Council” və AzMİU arasında əməkdaşlıq: 2025/2026-cı tədris ili üçün birgə təlim proqramı başlanır12.06.2025 - 12:50
Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib12.06.2025 - 12:30
Türkiyəli nazir Xəzər Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşüb12.06.2025 - 12:20
Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir - Məleykə Abbaszadə12.06.2025 - 12:00
Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz12.06.2025 - 11:50
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA12.06.2025 - 11:40
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur12.06.2025 - 11:40
İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi12.06.2025 - 11:30
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb12.06.2025 - 11:20
Kolleclərdə yaz imtahan sessiyası başlayıb - FOTO12.06.2025 - 11:10
DİM sədri: “Şagirdlər buraxılış imtahanından sonra da məktəbə getməlidirlər” 12.06.2025 - 11:00
BANM-in iki tələbəsinə xüsusi təqaüd veriləcək - FOTO12.06.2025 - 10:50
Azərbaycan nümayəndə heyəti “QS EduData 2025” sammitində iştirak edib - FOTO12.06.2025 - 10:40
BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələri imtahan sessiyasını izləyiblər12.06.2025 - 10:30
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib12.06.2025 - 10:20
Dillər Universitetində Çin İrsi Günü qeyd olunub12.06.2025 - 10:10
UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb12.06.2025 - 10:00
Nazir müavini: Statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır12.06.2025 - 09:50
Nazir müavini: Ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir12.06.2025 - 09:40
Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub12.06.2025 - 09:30
VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO12.06.2025 - 09:20
Alimlər kompüter əsaslı kimyəvi tədqiqatlar zamanı yeni yanaşmalar müəyyən ediblər - FOTO12.06.2025 - 09:10
Sabah 37 dərəcə isti olacaq12.06.2025 - 09:00
DİM bu şəxslərə müraciət edib12.06.2025 - 08:50
Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alır12.06.2025 - 08:40
Yaşıl enerji və iqlim dəyişiklikləri təhsildə rəsmi tətbiq olunacaq12.06.2025 - 08:30
UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib12.06.2025 - 08:20
2 tədqiqat universitetinin yaradılması istiqamətində işlər gedir - Nazir müavini12.06.2025 - 08:10
STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib.- FOTO12.06.2025 - 08:00
Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var12.06.2025 - 07:50
UNEC məqalə artım tempinə görə dünyada birincidir12.06.2025 - 07:40
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb12.06.2025 - 07:30
“Şahin” hərbi-idman oyununun finalı keçirilib - FOTO12.06.2025 - 07:20
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyası təqdim edilib12.06.2025 - 07:10
264 nömrəli məktəbdə attestat üçün pul yığılması ilə bağlı ARAŞDIRMA APARILIR12.06.2025 - 07:00
Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub12.06.2025 - 06:50
DİM-də TOEFL iBT imtahanı keçiriləcək12.06.2025 - 06:40
İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB12.06.2025 - 06:30
Xəbərdarlığı heçə sayıb pulla attestat verirlər? - VİDEO12.06.2025 - 06:20
Bu gün 36 dərəcə isti olacaq - PROQNOZ12.06.2025 - 06:10
DİM sədri nəticələrdən gileyləndi - “Bilikli müəllimlərimiz çatışmır”12.06.2025 - 05:59
"Gözüm ol mənim" kitab klubundan yeni sosial layihə: "Kitab Səsləndir – Könüllü Ol!"11.06.2025 - 19:20
Sumqayıtda gənc oğlan bıçaqlandı11.06.2025 - 18:34
Milli Qurtuluş Günü münasibətilə Niyazinin mənzil-muzeyində konsert təşkil olunub - FOTO11.06.2025 - 17:47
Tramp uşaqlarına qoyduğu qadağalardan danışdı11.06.2025 - 17:13
Azərbaycanlı gənc maksimum bal ilə TR-YÖS-ü fəth etdi11.06.2025 - 16:24
Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb11.06.2025 - 16:00
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO11.06.2025 - 15:50