Təhsil 365 - Logo Mobile

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

4901.10.2024 - 13:00
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

Peşəkar mühasib sertifikatı imtahanının (PMS) I mərhələsi üzrə noyabrın 3-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən “Tehsil365”ə bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər oktyabrın 21-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi - mühasibat uçotu üzrə imtahan vermək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 saylı qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Həmin ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş il iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını pms@dim.gov.az ünvanına göndərə bilərlər.

Elmina Muxtarlı

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20