28 sentyabrda aşağı yaş qrupu üzrə riyaziyyat fənnindən seçmə imtahanının birinci mərhələsi onlayn qaydada təşkil olunub.
Bu barədə “Tehsil365”ə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, sözügedən imtahanda 4000-ə yaxın 8 və 9 sinif şagirdləri iştirak edib.
Qeyd edək ki, növbəti mərhələyə 18 bal və yuxarı nəticə toplamış şagirdlər dəvət olunur. Şagirdlər imtahan verdikləri platformada həmin gün axşamdan etibarən topladıqları ballar ilə tanış ola bilirlər.
Beynəlxalq olimpiadalara seçmə imtahanının ikinci mərhələsi 6 oktyabr saat 10:00-da Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil ediləcək. İkinci mərhələyə vəsiqə qazanan şagirdlərdən imtahana gələrkən şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur.
Həmçinin 28 sentyabrda Respublika Fənn Olimpiadaları qalibləri arasında yuxarı yaş qrupu üzrə riyaziyyat fənnindən yazılı seçmə imtahanı əyani şəkildə Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilib.
Nəzərinizə çatdıraq ki, 28 sentyabr, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika fənni üzrə hal-hazırda 11-ci sinifdə təhsil alan ötən tədris ilində Respublika Fənn Olimpiadalarında qızıl və ya gümüş medal qazanan, həmçinin hal-hazırda 10-cu sinifdə təhsil alan və ötən tədris ilində medal qazanan şagirdlər arasında yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq qrupuna seçmə imtahanı təşkil edilib.