Bu gün Abşeron rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Tehsil365 xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları iştirak edib.
İştirakçılar Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət ediblər.
Tədbirdə RİH başçısı bildirib ki, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.
Sonda fəaliyyətində fərqlənən prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.