“Maqistraturanın qəbul imtahanda hal-hazırda verilən suallardan ixtisas fənləri kifayət qədər bakalavrları yəni magistratura imtahani verənləri qane eləmir. Hal-hazırki magistrantura imtahanının suallarına diqqət yetirsək, Məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 50 sual, informatika biliyinin yoxlanılması ilə bağlı 25 sual, xarici dil biliyinin yoxlanılması ilə bağlı 20 sual təqdim olununur. Məntiq və informatika üzrə 5 açıq tipli test tapşırıqları xarici dildən isə 2 açıq tipli test tapşırıqları o cümlədən də esse təqdim olunur və Ümumi balda 100 balnan qiymətlendirilir. 95 bal test tapşırıqlarına aid sualların nəticəsi, 5 balda essenin nəticəsi olaraq ümumi qiymətləndirmə maksimal 100 bal üzerindən hesablanır və 3 saat yarım da vaxt verilir”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, magistratura imtahanlarının keçirilməsində yanlışlıqlara yol verilir.
“Məsələn, bir tarix fənnindən Universiteti bitirmiş bakalavr magistrantura imtahanı vermək üçün mütləq məntiq, informatika və xarici dil imtahanindan keçməlidir. Bu isə o deməkdir ki, magistratura imtahanında sualların 75%-i riyaziyyat və informatika əsasındadır. Hamımızda bilirik ki, magistratura imtahanında ən yüksək nəticə göstərənlər daha çox riyaziyyat və informatika biliyi olanlar, bakalavr pilləsini riyaziyyat və informatika yönlü ixtisasları bitirənlərdir. Digər humanitar fənlərdə bakalavr dərəcəsi olanlarda biraz çətinlik olur və balları aşağı olur. Burada dəyişiklik olunacaqsa, mən təklif edərdim ki, mütləq ixdisas fənnindən də müəyyən qədər sual ayrılsın. Düzdür, məntiqi təfəkkür içərisində ixtisasa aid suallar olur o ayrı bir məsələ. Müasir dövrümüzün tələblərinə uyğun və yaxud da cəmiyyətdə gedən proseslərə uyğun və ya hər hansısa bir məntiqi suallar salına bilər. Amma sırf ixtisasa aid suallar salınmır”.
Ekspert qeyd edib ki, magistratura imtahanlarına Azərbaycan dili fənni də salınmalıdır.
“Bununla yanaşı Azərbaycan dili doğma dilimizdir. Magistratura imtahanlarına mütləq və mütləq Azərbaycan dili fənnindən də suallar salınmalıdır. Əvvəl magistratura imtahanlarlnda Azərbaycan dili fənni var idi, amma artq yoxdur. Düşünün biz xarici dildən sual salırıq, amma öz doğma dilimizdən, Azərbaycan dilindən sual salinmır. Magistraturaya qəbul imtahanı 100 balnan əsaslandırılır. Keçid balı isə 50 baldır. Bəzi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 baldan yuxarı nəticə göstərən abituriyentlər müsabiqəyə buraxılır. Hesab edirəm ki, sualların təqdimatı, sualların tərtibatında dəyişiklik mütləq və mütləq lazımdır”.