"Hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur".
Tehsil365 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə yeni çağırışlar adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.
"İnsanları ali təhsil almaları üçün məcbur etmək olmaz. Ali təhsil yalnız təhsil sisteminin növbəti bir pilləsidir. Bizim əsas hədəfimiz ali təhsilin keyfiyyətini artırmaqdır. Biz ali təhsilə girişi daraldıb çıxışı genişləndirməklə, yoxsa əksinə etməklə nailiyyət əldə edə bilərik? Düşünürəm ki, bu ciddi müzakirə mövzusudur. Universitetlərə imtahanla qəbul olmaq isə neqativ halların qarşısını almaq üçündür".