Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq.
Tehsil365 xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında deyib.
Onun sözlərinə görə, bütün dövlətlər, o cümlədən Azərbaycan iqlim problemlərinin fəsadlarının qarşısını almağa çalışmalı, bu istiqamətdə müvafiq qərarlar qəbul etməlidir: "2030-cu ilədək temperaturun artımı 1.5 faizdən yüksək olmamalıdır".
Nazir müavini bildirib ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə təhsil çox vacib elementdir: "Çünki insanları, xüsusilə gəncləri, uşaqları maarifləndirmənin ən yaxşı metodu təhsildir. Orta və ali təhsil müəssisələrində bununla bağlı addımlar atılmalıdır. 2024/2025-ci tədris ilində ali məktəbə qəbul olanların sayı ilə bərabər, iqlim dəyişiklikləri ilə bağlı ixtisasların sayı və onlara maraq da artıb. Təhsil proqramlarında bu istiqamətdə dəyişikliklər olacaq. Biz gənclərlə bağlı "Yaşıl bacarıqlar"ın öyrədilməsi üçün strategiya müəyyənləşdirməli, təhsil və elmi müəssislərin ciddi fəallığı olmalıdır".