Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Nanoelm və nanotexnologiya” kitabı çapdan çıxıb.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, nanoelm və nanotexnologiya elmin və sənayenin perspektivli sahələridir. Hazırda həmin sahələrə böyük maliyyə vəsaiti ayrılır və ildən-ilə müvafiq istiqamətdə çalışan alimlərin sayı artır. Bu sahələri gücləndirmək üçün dünyanın aparıcı universitetlərində yüksək səviyyəli kadrlar hazırlanmasına ciddi diqqət yetirilir.
Təqdim olunan kitab universitetlərin kimya, fizika, kimya-texnologiya, materialşünaslıq fakültələrinin tələbələri, doktorantlar, tədqiqatçı alimlər üçün nəzərdə tutulub.