“Yüksək səviyyəli təhsil iqlim dəyişikliyi ilə mübarizədə olduqca vacibdir. Gənclər davamlı gələcək üçün birlikdə çalışmalıdır”.
Tehsil365 xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda keçirilən Bakı İqlim Elmi Konfransında COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova deyib.
O, dünya gənclərini iqlim probleminin həlli istiqamətində görülən tədbirlərdə yaxından iştirak etməyə çağırıb: “İnsanlarda ekologiya ilə bağlı fikirlər uşaq yaşlarında formalaşır. Bu səbəbdən təhsildə ekoloji maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır”, - deyə L.Həsənova əlavə edib.