2023/2024-cü tədris ilinin məlumatına görə, ümumtəhsil müəssisələrində 150 min 800 müəllim fəaliyyət göstərir.
Tehsil365 xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 37 min 182 nəfəri ibtidai sinif müəllimidir.
“2022-2023-cü illərdə sertifikatlaşdırılma prosesindən 32 minə yaxın müəllim uğurla keçib. Cari ildə təşkil olunan sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsi davam edir. Ümumilikdə 20 min 224 nəfər müsahibə mərhələsinə dəvət olunub. Müsahibələr oktyabrın 7-dək davam edəcək. 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 4641 müəllim yeni tədris ilindən etibarən müddətsiz müqavilə əsasında əmək fəaliyyətinə başlayıb. 1644 nəfər isə müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanaraq çalışmaq imkanı əldə edib”, - deyə cavabda qeyd olunub.