“Dövlət İmtahan Mərkəzi istər auditoriyada dinləmənin səsləndirilmesinde olan problemler abituriyentlər və valideynlər tərəfindən xoş qarşılanmamışdır. Dövlət İmtahan Mərkəzi hər hansı bir dəyişiklik edəcəksə şagirdlər həmin o dəyişiklikliyi tədris aldığı ümumi təhsil məktəblərində hansı səviyyədə mənimsəyirler? Yəni Dövlət İmtahan Mərkəzinin tətbiq etməyi düşdüyü və yaxud tətbiq etdiyi yeni modellər orta ümumi təhsil məktəblərinin texniki bazası cavab verirmi? Yəni həmin məktəblərdə dinləmə dərsləri hansı səviyyədə keçirilir ki, şagird bunu mektebde öyrənsin və Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarinda ona müvafiq sualları cavablandıra bilsin. Bunu diqqətə almaq lazımdır”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzi hazırladığı yeni imtahan modellərini ümumi təhsil məktəbləri ilə bölüşməlidir.
“Dövlət İmtahan Mərkəzi düşünməlidir ki, onun tətbiq etdiyi, onun hazırladığı imtahan sual modelləri şagirdlərin qarşısına çıxdığı zaman şagirdlər bunun numunəsini ümumi təhsil müəssisələrində görməyibsə əlbəttə ki, çətinlik çəkəcəklər. Dövlət İmtahan Mərkəzi fərqli bir madel üzərində yenilik etdiyi zaman bunu mütləq nəzərə alınmalıdır ki, həmin o yeniliyə ümumi təhsil məktəblərində keçirilən tədris prosesi cavab verilmi? Yəni şagird həmin o yeniliyi ümumi təhsil məktəblərində hansı səviyyədə mənimsəyib”.
Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi müəyyən imtahan modelləri hazırlayıb keçirərkən ya müasir formada biliyi qabardır, ya da beynəlxalq imtahan modelinə uyğunlaşdırır.
“Dövlət İmtahan Mərkəzi düşünür ki müəyyən imtahanları keçirərkən Müasir formada biliyi qabardaraq çatdırsın və yaxud da beynəlxalq imtahan maddələrinə uygunlaşdiraraq suallar tərtib etsin. Bunu düşünməsi çox gözəldir. Amma reallıq budur ki, həmin o düşüncə, həmin o imtahan modelləri beynalxalq imtahan madelleri kimi təqdim olunursa, ona uyğun hazırlanırsa imtahana salınacaq suallar beynəlxalq imtahanda məsələn hesseyt ielts kimi imtahanlarda təqdim olunan sual modellərinə uyğun danışıq sualları olsun”.