Oktyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdə reallaşacaq layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.