Təhsil 365 - Logo Mobile

Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib - FOTO

2909.10.2024 - 11:20
Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib - FOTO

Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib.

Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən nazir müavini iki il sonra 150 ili tamam olan sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib.

Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb.

Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir. Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq. Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə inamını ifadə edib.

Vahid Hacıyev sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib.

İllər əvvəl təhsil aldığı məktəbə 31 il sonra direktor olaraq geri dönən məktəb direktoru Şəlalə Qasımlı da çıxışında sevinc hisslərini bölüşüb.

Çıxış edən digər qonaqlar sevinc təəssüratlarını bölüşüb və məktəb kollektivinə uğurlar arzulayıblar.

Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, dərs prosesi izlənilib.

Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və məktəbəhazırlığa cəlb olunan 16 nəfər uşaqla 23 nəfər pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Elmina Muxtarlı

Xəbər Lenti

TKT imtahanına qeydiyyat başladı18.10.2024 - 08:20
ADMİU-nun tələbəsi vəfat etdi - FOTO18.10.2024 - 08:00
DİM-də növbəti təlim...18.10.2024 - 07:40
Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO18.10.2024 - 07:20
Xudafərin zəfərinin İLDÖNÜMÜDÜR18.10.2024 - 07:00
“Google” Azərbaycanı təbrik etdi18.10.2024 - 06:40
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM - FOTO18.10.2024 - 06:20
Müstəqilliyimizin bərpasının 33-CÜ İLİ18.10.2024 - 06:00
Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20