Təhsil 365 - Logo Mobile

Ümumdünya Psixi Sağlamlıq Günüdür

2410.10.2024 - 08:40
Ümumdünya Psixi Sağlamlıq Günüdür

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

Tehsil365 xəbər verir ki, bu təqvim günü Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.

Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Həmin gün beynəlxalq psixiatriya təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir.

Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stres vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də bu amillərdəndir.

Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min nəfər intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.

Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır. Müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40