Bakı Mühəndislik Universiteti (BMU) kitabxana fondunun daha da zənginləşdirilməsi tədbirləri davam etdirilir.
Universitetdən “Tehsil365”ə bildirilib ki, bu yöndə növbəti addım BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində atılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ayırdığı vəsait hesabına daha 34 ədəd yeni kitab (kitabların adları və müəllifləri) alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Bu dəyərli nəşrlərdən tələbələrlə yanaşı, gənc tədqiqatçılar, alimlər yararlana biləcəklər.
Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində 2022-ci ildə 11 kitab, 2023-cü ildə 38 kitab ARDNF-in xətti ilə alınaraq universitetin kitabxanasına təqdim edilib və bu vəsaitlərdən İDP-nin 4 ixtisas istiqaməti (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) üzrə tədris prosesində də geniş istifadə olunur.