Təhsil 365 - Logo Mobile

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan kitabın təqdimatı

3311.10.2024 - 06:40
UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan kitabın təqdimatı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsi şəhidi Teymur Məcidzadənin doğum günü münasibətilə şəhidə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Universitetdən “Tehsil365”ə bildirilib ki, tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov şəhidlik zirvəsinə ucalan qəhrəman övladların vətəninə, torpağına verdikləri dəyərdən söz açıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda UNEC-in 48 tələbə və məzununun şəhid olduğunu deyən rektor dövlətimiz, xalqımız yaşadıqca, onların əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb. Rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qələbədən danışaraq, bu şanlı Zəfərin arxasında xalqın birliyi ilə yanaşı, şəhid analarının fədakarlığının və yüksəkliyinin dayandığını da diqqətə çatdırıb.

Ədalət Muradov müharibənin bitməsinə və Azərbaycanın qələbəsinə bir gün qalmış şəhid olan Teymur Məcidzadəyə həsr edilən “Şuşada bitən yuxu” kitabının adının rəmzi məna daşıdığını, 30 il yuxularımızda gördüyümüz və xəyalı ilə yaşadığımız qələbəyə məhz Şuşa Zəfəri ilə qovuşduğumuzu diqqətə çatdırıb.

Teymur Məcidzadənin anası Yasəmən xanım övladının vətən sevgisindən danışaraq, onunla hər zaman qürur duyduğunu bildirib. Şəhidlərin xatirəsinin yad edilməsinin, əziz tutulmasının onların ailələri üçün böyük təsəlli olduğunu söyləyib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə Vətən müharibəsində xalqımızı və dövlətimizi şanlı Qələbəyə aparan yoldan danışıb. Adlarını zəfər tariximizə əbədi yazdıran Teymur Məcidzadə kimi qəhrəman oğulların həyat yolunun xalqımız üçün qürur mənbəyi, hər bir azərbaycanlı gənc üçün örnək olduğunu vurğulayıb.

Çıxışlardan sonra Teymur Məcidzadəyə həsr olunmuş videoçarx göstərilib və tədbir bədii hissə ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvləri olan tələbələr vətənpərvərliyə həsr olunan musiqi və şeir parçaları səsləndiriblər. Ağdam rayon 33 nömrəli tam orta məktəbin Teymur Məcidzadə adına 4-cü sinfinin şagirdləri “Cənab leytenant” musiqisini ifa ediblər.

Sonda kitabın müəllifi Könül Qurbanova çıxış edərək Teymur Məcidzadəyə həsr etdiyi “Şuşada bitən yuxu” kitabının ərsəyə gəlməsindən danışıb. Kitabda şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edildiyini, onunla bağlı maraqlı xatirələrin yer aldığını bildirib.

Təqdimatdan sonra iştirakçılar UNEC Muzeyində şəhidlər üçün yaradılmış guşə ilə və şəhid rəsmlərindən ibarət stendlə tanış olublar.

Xatırladaq ki, Teymur Məcidzadə 2020-ci il noyabrın 9-da - Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüş16.10.2024 - 10:00
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb16.10.2024 - 09:40
Dini təhsilin düzgün aşılanması cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır16.10.2024 - 09:20
Biz bilmirik din adı altında uşaqlara nə aşılanır - Nazir16.10.2024 - 09:00
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO16.10.2024 - 08:40
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb16.10.2024 - 08:20
MDU-da Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş - FOTOLAR16.10.2024 - 08:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək16.10.2024 - 07:40