Təhsil 365 - Logo Mobile

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar

2312.10.2024 - 12:40
Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə oktyabrın 12-də şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyıb.

Tehsil365 xəbər verir ki, tədbirdə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edib.

Məlumat verilib ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2018-ci il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində reallaşıb. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənətinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə keramika sənəti də inkişaf etdirilib, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayıb. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin xüsusi rolu və əhəmiyyəti var. Mərkəzin məqsədi, eyni zamanda, müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bildirilib ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir.

Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış olublar. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

TKT imtahanına qeydiyyat başladı18.10.2024 - 08:20
ADMİU-nun tələbəsi vəfat etdi - FOTO18.10.2024 - 08:00
DİM-də növbəti təlim...18.10.2024 - 07:40
Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO18.10.2024 - 07:20
Xudafərin zəfərinin İLDÖNÜMÜDÜR18.10.2024 - 07:00
“Google” Azərbaycanı təbrik etdi18.10.2024 - 06:40
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM - FOTO18.10.2024 - 06:20
Müstəqilliyimizin bərpasının 33-CÜ İLİ18.10.2024 - 06:00
Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20