Media Türk TV-nin efirində canlı yayım zamanı maraqlı an yaşanıb.
Tehsil365 xəbər verir ki, kanalın əməkdaşı, "Gündəm masada" verlişinin aparıcısı Heydər İsmayıl canlıda olarkən Ukrayna Jurnalistlər Konfederasiyası tərəfindən ordenlə təltif olunduğunu öyrənib.
Bu xəbəri verilişin qonağı olan Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü,Ukrayna Zabitlər Birliyi Mərkəzi Nəzarət-təftiş Komissiyasının sədri, ehtiyatda olan polkovnik Elxan Nuriyev elan edib.
"Heydər bəy, Ukrayna Jurnalistlər Konfederasiyasının 24 sentyabr 2024-cü il əmriylə peşəkar fəaliyyətinizə görə "4-cü hakimiyyət real qüvvədir" adlı ordenlə təltif olunubsunuz və gələcəkdə də Ukraynanın fəxri vətəndaşı olmağa tam layiqsiniz, sizi təbrik edirəm!", - deyə Elxan Nuriyev qeyd edib.