Təhsil 365 - Logo Mobile

BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim - FOTO

2414.10.2024 - 13:40
BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) “Elmmetrik bazalar və platformaların yaradılması” mövzusunda təlim keçirilib.

Tehsil365 xəbər verir ki, universitetin Elm və innovasiya şöbəsinin müdiri, dosent Mayis Əzizov professor-müəllim heyəti üçün təşkil edilən təlimin əhəmiyyətindən danışıb. Bildirib ki, elmmetrik bazalarda olmaq, profilləri təkmilləşdirmək universitetlərin, tədqiqatçıların elmi fəaliyyətə əlçatanlığını artırır, dünyanın elmi qurum və alimləri ilə əməkdaşlıq körpüsü yaradır, eləcə də elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verir.

Elm və Təhsil Nazirliyinin bütün ali məktəblərin, elmi-tədqiqat institutlarının “Scopus” bazasının resurs və alətlərinə çıxış imkanları yaratdığını müsbət hal kimi qeyd edən şöbə müdiri bu platformada istənilən mövzuda axtarış aparmağın, elmi fakt və məqalələrə əsaslanan xülasələrin əldə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Təlim zamanı  “Azerbaijan National H-index Ranking”,  “Scopus”,  eləcə də “Google Scholar”da profillərin yaradılması yolları haqqında iştirakçılara geniş məlumat verilib, bu platformaların hər birinin elmlə məşğul olanlara yaratdığı imkanlara ayrı-ayrılıqda toxunulub. Qeyd edilib ki, universitetin akademik heyəti, gənc tədqiqatçılar bu bazalarda profil yaratmaqla öz məqalələrinə nə qədər istinad olduğunu öyrənə bilir, həmçinin məqaləsinin həmin mövzuda digər müəlliflərin məqalələri ilə müqayisədə keyfiyyətini də dəqiqləşdirmiş olurlar.

Təlimdə vurğulanıb ki, beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərini hesablayan “Scopus” platformasının imkanları daha genişdir və burada profili olanlar müxtəlif sahələrə aid məqalələr, onların yazılma tarixi, müəllifləri haqqında da bütün informasiyaları rahat əldə edə bilirlər. Bu bazada müxtəlif jurnallara məqalə göndərməyin yolları ilə tanış olmaq da mümkündür.

Dünyanın tanınmış elmmetrik bazalarına giriş zamanı üzləşdikləri texniki problemləri anladan təlim iştirakçıları qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları ilə tanış olub, mövzu ilə əlaqədar digər suallarına da ətraflı cavablar alıblar.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüş16.10.2024 - 10:00
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb16.10.2024 - 09:40
Dini təhsilin düzgün aşılanması cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır16.10.2024 - 09:20
Biz bilmirik din adı altında uşaqlara nə aşılanır - Nazir16.10.2024 - 09:00
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO16.10.2024 - 08:40
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb16.10.2024 - 08:20
MDU-da Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş - FOTOLAR16.10.2024 - 08:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək16.10.2024 - 07:40