Təhsil 365 - Logo Mobile

BMU-da COP29-la bağlı forum keçirilib

3015.10.2024 - 11:20
BMU-da COP29-la bağlı forum keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “COP29:Yaşıl dünya naminə həmrəy olaq” adlı forum keçirilib.

Tehsil365 xəbər verir ki, sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanovun moderatorluğu ilə baş tutan tədbirdə qlobal ekoloji problemlərin ətraf mühitə təsiri, yaratdığı sosial-iqtisadi fəsadlar, yaşıl enerji və onun istixana qazlarının azaldılmasında rolu, COP29-un Azərbaycana ekoloji baxımdan qazandıracağı üstünlüklər, iqlim dəyişmələrinin su ehtiyatlarının idarə olunmasına, həmçinin Xəzər dənizinin səviyyə dəyişmələrinə təsirləri istiqamətində müzakirələr aparılıb.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşail İsmayılov tədbirdə çıxış edərək su ehtiyatlarına iqlim dəyişmələrinin göstərdiyi mənfi təsirləri vurğulayıb. Su təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi xarakterizə edən şöbə müdiri Azərbaycanda 2024-2040-cı illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli  Starategiya”nın qəbul olunduğunu xatırladıb, sənəddə iqlim dəyişmələri fonunda ilkin mərhələdə su ehtiyatlarının idarə olunması, monitorinq sisteminin, yeni texnologiyalardan istifadənin, suyun uçotunun təkmilləşdirilməsinin, sonrakı mərhələlərdə isə  hidroböhranların qarşısının alınması, su sektoruna daha qabaqcıl texnologiyaların tətbiq olunmasının nəzərdə tutulduğunu deyib. Natiq əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su potensialından səmərəli istifadə ilə bağlı hazırda görülən işlər, eləcə də yeni su anbarlarının tikilməsi Azərbaycanın iqlim dəyişmələrinin təsirinin yumşaldılması məqsədilə atdığı addımlar sırasında dayanır.     

Sonra tullantıların effektiv idarəolunması mövzusunda çıxış edən  “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev 2030-cu ilə qədər dünyada bərk məişət tullantılarının 4 milyard tonu aşacağına və bunun ciddi risk demək olduğuna diqqət çəkib. Bildirib ki, bərk məişət tullantılarının idarə olunması təkcə atmosferə yox, yeraltı sulara, torpağa və s. mənfi təsir göstərir. Sanitar normalara cavab verən poliqonların yaradılmasının müsbət cəhətlərini sadalayan rəis müavini tullantılardan alınan qazların istilik məqsədli istifadəsini qeyd edib, qarışıq tullantılarda isə metan qazının yaranmasının qeyri-stabil getdiyini və bunun qarşısını almağın çətin olduğunu söyləyib. 

AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin alternativ enerji üzrə eksperti Orxan Kərimzadə isə istixana qazlarının atmosferə vurduğu zərərlərdən danışıb. Bildirib ki, bütün dünya artıq təhlükəni azaltmağın yolunu alternativ enerjiyə keçiddə görür. Bərpaolunan enerji mənbələrinə keçiddə dünya ölkələrinin bərabər imkanlara sahib olmadığını vurğulayan ekspert kifayət qədər külək və günəş enerjisi potensialına  malik Azərbaycanın isə bərpaolunan enerji istiqamətində uğurlu addımlar atdığını deyib.   

Forum diskussiya şəraitində işini davam etdirib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüş16.10.2024 - 10:00
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb16.10.2024 - 09:40
Dini təhsilin düzgün aşılanması cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır16.10.2024 - 09:20
Biz bilmirik din adı altında uşaqlara nə aşılanır - Nazir16.10.2024 - 09:00
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO16.10.2024 - 08:40
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb16.10.2024 - 08:20
MDU-da Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş - FOTOLAR16.10.2024 - 08:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək16.10.2024 - 07:40