Təhsil 365 - Logo Mobile

BMU-İNHA İDP-nin Rəhbər Komitəsinin növbəti iclası keçirilib - FOTO

3015.10.2024 - 12:40
BMU-İNHA İDP-nin Rəhbər Komitəsinin növbəti iclası keçirilib - FOTO

Bakı Mühəndislik Universiteti  ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa İNHA Universitetinin nümayəndələri onlayn qoşulub.

İclasda çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İDP-nin 4 il ərzindəki uğurlu nəticələrindən danışıb. Bu il ilk dəfə 61 tələbənin proqramdan məzun olduğunu, 83 tələbənin hazırda Koreyada sonuncu kursda təhsilini davam etdirdiyini diqqətə çatdıran rektor iki ölkə arasında təhsil əməkdaşlığının faydalı cəhətlərinə toxunub. Yaqub Piriyev yüksəkixtisaslı  mütəxəssislərin yetişdirilməsinə xidmət edən bu proqramın davamlı olacağına, ölkəmizin kadr potensialının güclənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib. 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İNHA Universiteti ilə əməkdaşlığın konkret uğurlu nəticələrinin builki məzunlar olduğunu nümunə gətirərək bu faydalı əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib. 

Dövlət Proqramı İdarəetmə Qrupu adından komitə üzvlərini salamlayan Qrupun rəhbəri Turan Topalova da BMU və İNHA arasında  kadr hazırlığı istiqamətində aparılan əməkdaşlığın önəmini dilə gətirib. 

Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli gündəliyə daxil edilən məsələlər üzrə geniş təqdimatla çıxış edib.

İclasda ilk məzunların məlumat bazası, 2023/2024-cü tədris ili üzrə yaz semestrinin akademik nəticələri, 2024-cü ilin müvəffəqiyyət göstəriciləri,  2025-ci təqvim ilinin xərclər smetası,  İNHA-da 4-cü kursda tədris edilən fənlərdə dəyişiklik məsələləri, o cümlədən İNHA professorlarının İDP tələbələri barədə rəyləri müzakirə olunub. Müvafiq qərarların verildiyi iclasda İNHA tərəfindən Rəhbər Komitə üzvlərində dəyişiklik məsələsi də səsə qoyularaq qəbul edilib.

Komitənin yeni üzvü, eləcə də həmsədri İNHA Universitetinin tədqiqat və xarici işlər üzrə prorektoru Vong Hee Kim iki ali təhsil ocağı arasında əlaqələrdən məmnun olduğunu deyib, atılan hər yeni  addımın təhsil sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb.

Komitənin digər yeni üzvləri-İNHA Universitetinin Planlaşdırma və büdcə şöbəsinin dekanı Ho Sang Jung, “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min, Tədris işləri üzrə dekan Dae Young Park çıxış edərək əməkdaşlığın faydalı olması üçün səylə çalışacaqlarını bildiriblər.  

Gündəlikdəki məsələlərin  müzakirəsi ilə davam edən iclasda müxtəlif təkliflər səsləndirilib və bəzi məqamlara yenidən baxılması razılaşdırlıb. 

İclasa yekun vuran rektor Yaqub Piriyev yeni üzvlərə komitədəki fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Rəhbər Komitənin iclasları payız və yaz sessiyası olmaqla ildə 2 dəfə keçirilir.

Bakı Mühəndislik Universiteti  ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

Hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa İNHA Universitetinin nümayəndələri onlayn qoşulub.

İclasda çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İDP-nin 4 il ərzindəki uğurlu nəticələrindən danışıb. Bu il ilk dəfə 61 tələbənin proqramdan məzun olduğunu, 83 tələbənin hazırda Koreyada sonuncu kursda təhsilini davam etdirdiyini diqqətə çatdıran rektor iki ölkə arasında təhsil əməkdaşlığının faydalı cəhətlərinə toxunub. Yaqub Piriyev yüksəkixtisaslı  mütəxəssislərin yetişdirilməsinə xidmət edən bu proqramın davamlı olacağına, ölkəmizin kadr potensialının güclənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib. 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İNHA Universiteti ilə əməkdaşlığın konkret uğurlu nəticələrinin builki məzunlar olduğunu nümunə gətirərək bu faydalı əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib. 

Dövlət Proqramı İdarəetmə Qrupu adından komitə üzvlərini salamlayan Qrupun rəhbəri Turan Topalova da BMU və İNHA arasında  kadr hazırlığı istiqamətində aparılan əməkdaşlığın önəmini dilə gətirib. 

Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli gündəliyə daxil edilən məsələlər üzrə geniş təqdimatla çıxış edib.

İclasda ilk məzunların məlumat bazası, 2023/2024-cü tədris ili üzrə yaz semestrinin akademik nəticələri, 2024-cü ilin müvəffəqiyyət göstəriciləri,  2025-ci təqvim ilinin xərclər smetası,  İNHA-da 4-cü kursda tədris edilən fənlərdə dəyişiklik məsələləri, o cümlədən İNHA professorlarının İDP tələbələri barədə rəyləri müzakirə olunub. Müvafiq qərarların verildiyi iclasda İNHA tərəfindən Rəhbər Komitə üzvlərində dəyişiklik məsələsi də səsə qoyularaq qəbul edilib.

Komitənin yeni üzvü, eləcə də həmsədri İNHA Universitetinin tədqiqat və xarici işlər üzrə prorektoru Vong Hee Kim iki ali təhsil ocağı arasında əlaqələrdən məmnun olduğunu deyib, atılan hər yeni  addımın təhsil sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb.

Komitənin digər yeni üzvləri-İNHA Universitetinin Planlaşdırma və büdcə şöbəsinin dekanı Ho Sang Jung, “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min, Tədris işləri üzrə dekan Dae Young Park çıxış edərək əməkdaşlığın faydalı olması üçün səylə çalışacaqlarını bildiriblər.  

Gündəlikdəki məsələlərin  müzakirəsi ilə davam edən iclasda müxtəlif təkliflər səsləndirilib və bəzi məqamlara yenidən baxılması razılaşdırlıb. 

İclasa yekun vuran rektor Yaqub Piriyev yeni üzvlərə komitədəki fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Rəhbər Komitənin iclasları payız və yaz sessiyası olmaqla ildə 2 dəfə keçirilir.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüş16.10.2024 - 10:00
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb16.10.2024 - 09:40
Dini təhsilin düzgün aşılanması cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır16.10.2024 - 09:20
Biz bilmirik din adı altında uşaqlara nə aşılanır - Nazir16.10.2024 - 09:00
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO16.10.2024 - 08:40
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb16.10.2024 - 08:20
MDU-da Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş - FOTOLAR16.10.2024 - 08:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək16.10.2024 - 07:40