Təhsil 365 - Logo Mobile

MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO

1816.10.2024 - 08:40
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarının nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi tələbələrin əmək bazarına hazırlıq səviyyəsini artırmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək və iş dünyasına inteqrasiya prosesini asanlaşdırmaq olub.

Tehsil365 xəbər verir ki, universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan əvəzi, dosent Nüşabə Qədimli qonaqları salamlayaraq, tələbələrin əmək bazarına hazırlıq prosesi ilə bağlı geniş məlumat verib,  tədris planının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tələbələrin bu tələblərə cavab verən ixtisas bilikləri ilə təchiz olunması və praktiki təcrübənin bu prosesdəki əhəmiyyətindən bəhs edib. Nüşabə Qədimli bildirib ki, universitetin məqsədi tələbələri yalnız nəzəri biliklərlə deyil, həm də real iş mühitində istifadə edilə bilən praktiki bacarıqlarla təmin etməkdir

Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova tələbələrin tədris müddətində praktik biliklər əldə etmələrinin vacibliyini vurğulayıb. Emiliya Hüseynova əmək bazarının nümayəndələrinə müraciət edərək, onların təcrübə prosesində daha fəal iştirak etmələrini və tələbələrə öz sahələrində praktiki biliklər verməklə bu prosesə dəstək olmağı təklif edib.

İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev isə tələbələrin əmək bazarına inteqrasiya prosesində əmək bazarı nümayəndələrinin maraqlı olmasının vacibliyini və bu sahədə göstərdikləri təşəbbüsləri yüksək dəyərləndirib. O, bildirib ki, tələbələrin gələcəkdə əmək bazarında rəqabətədavamlı olması üçün iş dünyasının nümayəndələri ilə sıx əməkdaşlıq zəruridir.

Görüşdə iştirak edən əmək bazarı nümayəndələri arasında "Elastik" MMC-nin direktoru Vaqif Həsənov, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı, Mərkəzi Aran Regional məşğulluq filialının müdiri Seymur Yusibov, Kür Olimpiya bazasının baş mühasibi Evin Həşimov, "Qədiroğlu" MMC-nin director müavini  Süleymanov Cuma, Dəmir beton məmulatları zavodunun direktoru Rafiq Paşayev, Mingəçevir şəhər üzrə maliyyə idarəsinin rəisi Sultan Əsədov, "Kapital Bank" ASC-nin Mingəçevir filialının mikro kreditlər üzrə bölmə rəhbəri Elman Qədimov və Mingəçevir Regional "Asan xidmət" mərkəzinin direktor müavini Elşən Əliyev yer alıb.

Qonaqlar hər biri öz sahələrində tələbələrin peşə hazırlığının və praktiki təcrübənin əhəmiyyətini vurğulayıblar. Hər bir qonaq tələbələrin nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmalarının əmək bazarında uğur əldə etmələri üçün vacib olduğunu bildirilib. Qonaqlar həmçinin tələbələrin müvafiq sahələrdə təcrübə keçmələri üçün öz müəssisələrində lazımi şərait yaratmağa hazır olduqlarını qeyd ediblər.

Görüşün yekununda həftədə bir dəfə tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçməsi barədə razılıq əldə edilib. Bu razılıq çərçivəsində tələbələrin nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirilərək, onların əmək bazarına uyğun hazırlığı təmin olunacaq. Mingəçevir Dövlət Universiteti tələbələrinin təhsil müddətində əmək bazarı ilə sıx əlaqədə olmaları, onların karyera perspektivlərini genişləndirəcək və əmək bazarının tələblərinə uyğun kadr kimi yetişmələrinə şərait yaradacaq.

Qeyd edək ki, universitet rəhbərliyi tələbələrin təhsil prosesi ilə yanaşı karyera inkişaflarına da xüsusi önəm verir və daim diqqətdə saxlayır. Bu baxımdan, keçirilən görüş universitetin əmək bazarına uyğun kadr hazırlığında və tələbələrin gələcək iş həyatı üçün möhkəm təməl yaratmasında mühüm addım kimi qiymətləndirilir.

Elmina Muxtarlı

Xəbər Lenti

TKT imtahanına qeydiyyat başladı18.10.2024 - 08:20
ADMİU-nun tələbəsi vəfat etdi - FOTO18.10.2024 - 08:00
DİM-də növbəti təlim...18.10.2024 - 07:40
Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO18.10.2024 - 07:20
Xudafərin zəfərinin İLDÖNÜMÜDÜR18.10.2024 - 07:00
“Google” Azərbaycanı təbrik etdi18.10.2024 - 06:40
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM - FOTO18.10.2024 - 06:20
Müstəqilliyimizin bərpasının 33-CÜ İLİ18.10.2024 - 06:00
Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb16.10.2024 - 11:40
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20