Təhsil 365 - Logo Mobile

Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb

3016.10.2024 - 11:40
Rektor yüksək balla qəbul olan tələbələrlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüşüb.

Universitetdən “Tehsil365”ə bildirilib ki, artıq yeni tədris ilinin ilk ayının arxada qaldığını, tələbələrin BMU ilə yaxından tanış olduqlarını önə çəkən rektor onların tədris prosesi ilə bağlı rəy və təkliflərini, eləcə də qayğılarını dinləməyə hazır olduğunu diqqətə çatdırıb.

Ali təhsil ocağının rəhbəri builki qəbulda BMU-nun əldə etdiyi müsbət göstəricilərdən biri kimi yüksək ballı tələbələrin sayının artmasını vurğulayaraq onların  texnoloji ixtisaslara maraqlarını təqdir edib, müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişmələri üçün dövlətimiz və universitet səviyyəsində atılan addımlardan danışıb.   

Rektor bu il BMU-ya qəbul olan 2127 tələbənin 265 nəfərinin 500-dən yuxarı, 52 nəfərinin isə 600-700 bal arasında nəticə göstərdiyini fikirlərinə əlavə edib.

Gənclərin elmə, biliyə həvəsli, innovasiyalara açıq, həmçinin vətənpərvər olmalarının hər zaman böyük qürur yaratdığını deyən Yaqub Piriyev gələcəkdə mükəmməl bir kadr olaraq dövlətimizin inkişafına, xalqımızın rifahına mühüm töhfələr verəcəklərinə inandığını söyləyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edən rektor hər il bu proqramla yüzlərlə gəncin dünyanın tanınmış universitetlərində ali təhsilin bütün səviyyələri üzrə oxumaq imkanı  qazandığını, onların arasında BMU məzununlarının da olduğunu bildirib. Xaricdə təhsil almaq şansını ölkəmizdə gənclərə göstərilən böyük diqqət və qayğı kimi dəyərləndirən rektor 2028-ci ildə adıçəkilən proqramın qalibləri sırasında bu il BMU-nu seçən tələbələrin də olacağına əminliyini dilə gətirib.

Universitetdə tələbələrin bilik və bacarıqlarının artırılması, startap layihələrinin reallaşdırılması istiqamətində yaradılan imkanları da sadalayn rektor, həmçinin tələbələrə qazandıqları nailiyyətlərin davamlı olması üçün əzmlə çalışmağı, tələbə klubları və təşkilatlarında fəallıq göstərməyi tövsiyə edib. 

Görüş diskussiya şəraitində, tələbələrin arzu və təkliflərinin dinlənilməsi ilə davam edib. Onların qaldırdıqları müxtəlif məsələlər yerindəcə araşdırılıb, bir qisminin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.  

Yaqub Piriyev, eyni zamanda görüşdə iştirak edən müvafiq strukturların rəhbərlərinə tələbələrlə daha aktiv işləməyi, onların üzləşəcəkləri hər hansı problemin həllinə dərhal köməklik göstərməyi tapşırıb.

Çıxışlar zamanı tələbələrin asudə vaxtlarının daha səmərəli təşkili, nizam-intizama ciddi riayət edilməsi kimi məsələlər də vurğulanıb.

Sonda belə görüşlərin davamlı keçirilməsi qərara alınıb.  

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür - FOTO17.10.2024 - 13:20
BANM ilə ACCA əməkdaşlıq edəcək - FOTO17.10.2024 - 13:00
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb17.10.2024 - 12:40
Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib - FOTO17.10.2024 - 12:20
ADPU-nun prorektoru Avstraliyanın Təhsil Tədqiqatları Şurasının təlimlərində - FOTO17.10.2024 - 12:00
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir17.10.2024 - 11:40
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib17.10.2024 - 11:20
Hüquq olimpiadasının qalibləri Qarabağ Universitetində təltif EDİLDİ - FOTO17.10.2024 - 11:00
Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb17.10.2024 - 10:40
Taksi sürücüləri üçün imtahana qeydiyyat aparılır17.10.2024 - 10:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək17.10.2024 - 10:00
Sabahın hava proqnozu açıqlanıb17.10.2024 - 09:40
Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq17.10.2024 - 09:20
Gənc əsgərlər yeni konsepsiya barədə məlumatlandırılıb - FOTO17.10.2024 - 09:00
Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI17.10.2024 - 08:40
Regionlarda SAF 2024 həyəcanı17.10.2024 - 08:20
PMS imtahanının II mərhələsi keçiriləcək17.10.2024 - 08:00
Yüksək bal toplayan əkizlərdən biri xərçəngə tutuldu 17.10.2024 - 07:40
Bağça müəllimlərin nəzərinə! - Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq17.10.2024 - 07:20
Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ17.10.2024 - 07:00
İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib17.10.2024 - 06:40
Bu gün Füzuli Şəhəri Günüdür17.10.2024 - 06:20
Gəncə terrorundan dörd il ötür17.10.2024 - 06:00
Martin Lüter kimdir?16.10.2024 - 16:00
Təhsil işçilərinin yüksək bal toplayan övladları mükafatlandırıldı16.10.2024 - 15:20
Beynəlxalq forumun iştirakçıları Azərbaycanın multikulturalizm mühiti haqqında məlumatlandırılıb - FOTO16.10.2024 - 15:00
Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası16.10.2024 - 14:40
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar - FOTO16.10.2024 - 14:20
Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb - FOTOLAR16.10.2024 - 14:00
ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır16.10.2024 - 13:40
MDU-da "DIRNA" Erasmus+ layihəsi çərçivəsində növbəti görüş - FOTO16.10.2024 - 13:20
Milan Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir16.10.2024 - 13:00
Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı16.10.2024 - 12:40
İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb16.10.2024 - 12:20
Türkiyədəki güclü zəlzələ nəticəsində dərslər dayandırılıb16.10.2024 - 12:00
Azərbaycanda müəllim sertifikasiyadan 100 bal TOPLADI16.10.2024 - 11:20
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb16.10.2024 - 11:00
COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik16.10.2024 - 10:40
Mübariz İbrahimovun atası vəfat etdi16.10.2024 - 10:20
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüş16.10.2024 - 10:00
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb16.10.2024 - 09:40
Dini təhsilin düzgün aşılanması cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır16.10.2024 - 09:20
Biz bilmirik din adı altında uşaqlara nə aşılanır - Nazir16.10.2024 - 09:00
MDU-da əmək bazarı nümayəndələri ilə görüş keçirilib - FOTO16.10.2024 - 08:40
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb16.10.2024 - 08:20
MDU-da Təhsil Tələbə Kredit fondu haqqında maarifləndirici görüş - FOTOLAR16.10.2024 - 08:00
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək16.10.2024 - 07:40