Təhsil 365 - Logo Mobile

Martin Lüter kimdir?

10316.10.2024 - 16:00
Martin Lüter kimdir?

Alman protestantlığının (lüteranlığın) banisi.

1483-cü il noyabrın 10-da Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində anadan olub.

On üç yaşında Eyzenax şəhərindəki kilsə məktəbində oxuyarkən Ursula Kott adlı xeyirxah bir qadınla tanış olur və dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə qəbul edilir. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnir. 1507-ci ildə gözlənilmədən rahib olmağa qərar verir və avqustinçilər monastırına gedir. 1512-ci ildə Vittenberq Universitetində ilahiyyat doktoru olur və bu təhsil ocağında qalaraq müəllimlik fəaliyyətinə başlayır. 

1517-ci ildə Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanmasına etiraz edərək dində islahatlar aparmaq fikrinə düşür. Öz etirazlarını “Doxsan beş tezis” adı altında Vittenberq kilsəsinin divarlarından asır. Bundan sonra Martin izahat üçün Romaya çağırılır, lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınır. 

1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilir. 

1525-ci ildə Almaniyada kəndli üsyanı başlayır. Üsyançılar kilsə daxilində islahat aparmağın vacibliyini vurğulayan Martin Lüterin fikirlərindən yararlanırlar. Rahib özü bu üsyanın əleyhinə olsa da, kilsə tərəfindən daha sərt münasibətə məruz qalır.

Bundan sonrakı dövrdə Lüter, əsasən, pedaqoq və vaiz kimi fəaliyyətini davam etdirir, yazdığı əsərlərdə dini görüşlərini açıqlamaq üçün gərgin işləyir. Onun əsərləri bütün Avropada geniş əks-səda doğurur.

Martin Lüterin antisemit olması barədə mübahisələr getsə də o, yəhudiləri bir millət kimi yox, iudaizmin daşıyıcıları kimi, müqəddəs üçlüyü qəbul etməmələri səbəbi ilə qınayır, sinaqoqları dağıtmağa çağırır. 

1546-cı il fevralın 18-də Eysleben şəhərində vəfat edən Martin Lüter, Vittenberq şəhərindəki qəsr kilsəsində dəfn olunur.

Reformasiya və kəndli müharibəsinin səbəbi:

XVI əsrin başlanğıcında Almaniyada sənaye və ticarət inkişaf etməyə başladı. Manufakturalar artırdı, lakin feodal dağınıqlığı kapitalizmin inkişafına mane olurdu. Şəhərdə manufaktura yarada bilməyən tacirlər onları şəhərdən kənarda açır və varlanırdılar. Almaniyada ən varlı nəsil Függerlər ailəsi idi. Onlar hətta krala və Roma papasına borc verirdilər.

XVI əsrdə Almaniyada katolik kilsəsi hökmdarlıq edirdi. Katolik kilsəsinin torpaq mülkləri var idi, kilsə əhalidən onda bir vergisi alır, vəzifə və indulgensiya ("cənnət qəbzləri") satırdı. Almaniya dağınıq olduğuna görə imperator katolik kilsəsinin xalqı soyub-talamasının qarşısını ala bilmirdi.

Almaniyada kapitalist istehsalının inkişafına aşağıdakılar mane olurdu: 1) şəhərlərdə sexlər və sex qaydaları; 2) feodal zülmünün güclənməsi, kəndlilərin təhkimli vəziyyəti, onların sələmçilərə borclu olması; 3) feodal dağınıqlığı, cəngavərlərin quldurluğu və soyğunçuluğu; 4) katolik kilsəsinin zülmü, əhalinin bü¬tün təbəqəsinin katolik kilsəsindən asılılığı. 

Almaniyada reformasiyanın başlanması. Roma papasının Almaniyada «cənnət qəbzi» alverini genişləndirməsi katolik kilsəsinə qarşı mübarizəni genişləndirdi. Belə bir şəraitdə Vittenberq universitetinin ilahiyyatçı professoru, alim, rahib Martin Lüter 1517-ci ildə «cənnət qəbzinə» (indulgensiya) qarşı çıxdı və 95 tezislə dindarlara müraciət etdi. Onunla razılaşmayanları mübahisəyə çağırdı. O, əhalini Roma papasına pul verməməyə çağırırdı. Roma papası Lüteri lənətləyən fərman verdi. Heç kim fərmanı çap etmədi. Lüter papanın fərmanını yandırdı və onu bidətçi elan etdi. İmperator Roma papasını müdafiə edirdi. O, Lüteri Vorms şəhərində keçirilən qurultaya dəvət etdi və ondan baxışlarından əl çəkməyi tələb etdi. İmperator Lüteri həbs etmək istədi. Lakin cəngavərlər onu gizlədib, buna imkan vermədilər. Lüterin çıxışı reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcı oldu. Katolik kilsəsini islah etmək uğrunda mübarizə reofrmasiya adlanır. Lüter dinə qarşı çıxmırdı. Reformasiyada şəhər və kənd əhalisinin hamısı, cəngavərlərin çoxu, hətta knyazların bəziləri də iştirak edirdi. Şəhərlilər kilsə vergilərinin azaldılmasını, cəngavərlər kilsənin torpağını ələ keçirməyi, knyazlar öz torpaqlarında olan kilsələrin başçısı olmaq istəyirdilər. 

Kəndli müharibəsi:

Kəndlilər və şəhərlilər, ümumiyyətlə, feodal zülmünə qarşı çıxırdılar. Xalq reformasiyası feodalizm quruluşuna qarşı mübarizə aparırdı. Tomas Münser (1493-1525) xalq reformasiyasına rəhbərlik edirdi. Lüter kilsədə islahat keçirməkdən irəli getmirdi. Tomas Münser xalqı azad etməyi qarşısına məqsəd qoymuşdu, feodalizmi silah gücünə məhv etmək ideyasını irəli sürürdü.

1524-cü ilin yayında Almaniyada kəndli müharibəsi başlandı. Sonrakı il genişləndi. Üsyanın başçıları 12 maddədən ibarət məramnamə tərtib etmişdilər. Burada kəndlilərin şəxsi asılılığını ləğv etmək, icma torpaqlarını kəndlilərə qaytarmaq, biyar, töycü və s. vergiləri azaltmaq, hər bir kəndə özünə keşiş seçmək hüququ vermək tələbləri var idi.

Burjuaziya kəndli müharibəsindən öz məqsədi üçün istifadə edirdi. Burjuaziyanın Heylbron şəhərində tərtib edilmiş məram¬naməsi onun mənafeyini müdafiə edirdi. Burjuaziya Almaniya üçün vahid pul kəsilməsini, gömrüklərin ləğv edilməsini tələb edirdi. Üsyan Turingiya vilayətində genişləndi. Münhauzen şəhərində şəhər şurası varlılardan təmizləndi. Münser öz tərəfdarlarından şəhər şurası yaratdı. Lakin varlı şəhərlilər üsyana xəyanət etməyə başladılar. Münser 8 min adamla Frangenhauzen şəhəri yaxınlığındakı dağda mövqe tutdu. Kəndlilərlə knyazlar danışığa başladılar. Lakin muzdlu ordu danışığı pozdu, hücuma keçdi, 5 min üsyançı qırdı. Münser yaralandı, əsir düşdü və edam olundu.

Almaniyada kəndli müharibəsi zamanı 100 mindən çox kəndli həlak oldu. Bu kəndli müharibəsi Avropada feodalizm quruluşunu inqilabi yolla devirmək üçün göstərilən birinci cəhd idi. Almaniyada kəndli müharibəsinin məğlub olmasının səbəbləri aşağıdakılar idi:

1) kəndlilər mütəşəkkil qüvvə deyildi. Kəndli dəstələri böyük ordu halında birləşə bilmədi;

2) ümumi rəhbərlik yox idi;

3) varlı şəhərlilər Lüterlə birlikdə feodalların tərəfinə keçdilər;

4) hərbi işdə kəndlilərin təcrübəsizliyi və ordu sırasında intizamın olmaması.

Beləliklə, kəndli müharibəsinin məğlub olması nəticəsində feodal qaydaları daha da qüvvətləndi. Şəxsən azad olan kəndlilər təhkimli kəndliyə çevrildilər. Almaniyada feodal dağınıqlığı daha bir neçə yüz il davam etdi və feodal zülmü gücləndi.

Mənim bir arzum var (Martin Lüter King):

Qara amerikalıların intizarına baxmayaraq, “Braun” məhkəmə işi ölkəni heç də silkələmədi. Belə ki, nə ştatların qanunvericilik yığıncaqları, nə də Konqres onların tərəfində dayanmaq həvəsində olmadı. Nəhayət, prezident Con F. Kennedi belə qərara gəldi ki, yalnız vətəndaş hüquqları haqda güclü qanun afroamerikalıların bərabər hüquqlarını müdafiə edə bilər. 1963-cü ilin 11 iyununda o, Konqressə «özümüzə rəva bildiyimiz münasibətləri bərqərar edən» qanun layihəsini təqdim etdi. Cənubdan olan nümayəndələr həmin qanunun Konqresdəki komitə mərhələsində dayandırmağı bacardılar və belədə vətəndaş hüquqları uğrunda hərəkatın liderləri məsələyə siyasi təzyiq yollarını axtarmağa məcbur oldular. Fəal hüquq müdafiəçisi kimi ad çıxarmış, məşhur həmkar lideri A.Filipp Randolf ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün Vaşinqtona yürüş təklifini irəli sürdü. Bütün irqlərdən olan insanların vətəndaş hüquqlarına münasibətdə yekdilliyini sübuta yetirmək naminə A.Filipp Randolf həmin yürüşdə ağların, qaraların birgə iştirakını vacib saydı. Doğrudan da, müxtəlif, əvvəllər bir-birinə şübhə ilə yanaşan hüquq mühafizə dəstələri o yürüşə qoşulmağa razılıq verdilər. “Tünd dərili əhali üzrə milli inkişaf assosiasiyası, “İrqi bərabərlik konqresi, “Cənub xristian liderləri konfransı”, “Zorakılığa qarşı tələbələrin koordinasiya komitəsi” və “Şəhərlər liqası” öz aralarındakı ziddiyyətləri kənara qoyub birgə işləmək əzmində oldular. Bəzi fəallar isə birlik naminə hətta öz radikal mövqelərini yumşaltdılar; onlar, yürüşün vətəndaş hüquqları haqda akta təkan verəcəyinə ümid bəsləyən Kennedi iqtidarı ilə əməkdaşlıq da qurdular. 1963-cü il avqustun 28-i buludsuz bir gündə Vaşinqtondakı Linkoln memorialının önünə toplaşan, özü də 50 mini ağlardan ibarət 250 minlik izdiham «iş və azadlıq» tələbini irəli sürdü.  Çıxış edənlərin arasında demək olar ki, cəmiyyətin bütün təbəqələrindən nümayəndələr vardı – həmkarların Valter Ruter kimi lideri, ruhanilər, Sidney Puatye və Marlon Brando kimi ekran ulduzları, müğənni Coan Baez və başqaları. Hər natiqə 15 dəqiqə vaxt ayrılsa da, günün əsl qəhrəmanı “Cənub xristian liderlər konfransından olan tanınmış gənc öndər oldu. Martin Lüter Kinq ayrı-seçkilik zəncirinə giriftar olmuş cəmiyyətdə öz azadlığını qazanmaq ümidiylə yaşayan afroamerikalıların çəkdiyi iztirablar haqqında çox müxtəsər, adicə bir nitq hazırlamışdı. O, elə kürsüdən düşmək istəyirdi ki, müğənni Maxaliya Cekson yerindən harayladı: «Martin, sən öz arzundan danış! Aç de onlara!» Nümayişçilərin çağırışından ruhlanan Kinq Amerika vətəndaş hüquqları tarixində bir mərhələ sayılan nitqini söylədi – hər cürə irq və rəngdən olan müxtəlif taleli insanların arzusunda olduğu, azad və demokratik bir ölkəyə çevriləsi Amerikadan danışdı. 

MƏNİM BİR ARZUM VAR!

Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul-zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə oxşayırdı. Ancaq indi, üstündən yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur. Yüz il ötsə də zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib. Yüz il keçsə də zəncilər yenə tərəqqi okeanının ortasındakı səfalət adasında ömür sürməkdədir. Zənci indi də amerikan cəmiyyətinin lap dibində çürüməkdə, öz ölkəsində qaçqın həyatı yaşamqdadır. Bizim bura bugünkü gəlişimizdə ondan ötrüdür ki, hamının diqqətini bu dəhşətli vəziyyətə cəlb eləyək. Ölkəmizin paytaxtında toplaşmağımız, – bir növ bizə verilmiş çekin ödənişini tələb etməkdir. Yəni, dövlətimizin bünövrəsini quranlar Konstitusiyada və İstiqlal bəyannaməsindəki dəyərli sözlərə imza atmaqla, xalqa, hər bir amerikalının payına düşən ödənişli çek vermiş oldular. Bu, insanlara, bəli, ağlı qaralı bütün insanlara yaşamaq, azadlıq, xoşbəxtlik haqqına zəmanət verən bir öhdəçilik oldu. Bu gün hamıya bəllidir ki, Amerika öhdəçiliyi pozur, hər halda dərisi tünd olan vətəndaşlara verdiyi sözün üstündə dayanmır. Həmin öhdəçiliyə sadiq qalmaq bir qırağa, zənci xalqına verdiyi çek də saxta çıxıb və «zəmanəti yoxdur» dərkənarı ilə ona qaytarılıb. Ancaq biz inanırıq ki, ölkəmizdə ədalət bankı tamamilə iflasa uğramayıb. İnanılmazdır ki, məmləkətimizin əlində olan böyük imkanlar xərclənib qurtarıb. Odur ki, bizə paylanmış çeklərin əsl haqqını, yəni öz azadlığımızı, salamatlıq və ədl payımızı almağa gəlmişik! Həm də bu müqəddəs yerə yığışmaqda bir məqsədimiz də odur ki, məsələnin təxirə salınmazlığını bir daha Amerikaya xatırladaq. Biz bundan beləsinə özümüzü qradualizm həbləri ilə ovundura bilmərik. Vəd verilmiş demokratiyanı həyata keçirməyin vaxtı gəlib çatıb. Seqreqasiyanın qaranlıq dərəsindən irqi ədalətin günəşli yoluna çıxmağın zamanı yetişib. Bu məsələnin həllini gecikdirmək, yaxud da zənci xalqının qətiyyətinə barmaqarası baxmaq çox xatalıdır. Azadlıq və bərabərliyin təzə nəfəsli payızı zəncilərin qanuni narazılıq yayını əvəzləyənə qədər bu qızmar fəsil davam edəcəkdir. 1963-cü il son deyil, başlanğıcdır! Zəncilərin «köpünü alıb» guya ki, onları sakitləşdirmək, sonra da ölkəni əvvəlki məcrasına yönəltmək istəyənlər kökündən yanılır. Zəncilər əsl vətəndaşlıq haqqını qazanmayana qədər Amerika dinclik, rahatlıq nə olduğunu bilən deyil. Ədalətin günəşi doğmayana qədər həyəcan dalğaları məmləkətimizin özüllərini yırğalayıb yerindən oynadacaqdır. Mən ədl dünyasının kənarına yavuqlaşan öz xalqıma da bir neçə kəlmə demək istərdim. Boynumuza düşən bu mücadilədə biz gərək hər hansı bir ağılsız hərəkət etməyək. Biz öz azadlıq təşnəmizi dərd və nifrət camından içməklə yatırmamalıyıq. Mübarizəmiz ən uca ləyaqət və intizam çərçivəsində aparılmalıdır. Ən ciddi etirazımız belə fiziki zorakılıq səviyyəsinə enməməlidir. Bizə qarşı güc tətbiq olunarsa, buna bir daha ruhumuzun əzəməti ilə cavab verməliyik.  Zənci xalqını bürüyən görünməmiş sərt ovqat gərəkdi ki, bütün ağlara qarşı çevrilməsin, çünki bizim ağdərili qardaşlarımızdan çoxusu – hansı ki, onlar da bu gün bizimlə bir cərgədədir, – o gümandadırlar ki, onların da taleyi bizimkiynən bağlıdır, onların da azadlığı bizim azadlığımızın ayrılmaz bir hissəsidir. Biz təkbaşına addımlaya bilmərik. Madam ki, addımlayırıq, daima irəli gedəcəyimizə and içməliyik. Geriyə yolumuz yoxdur! İnsan haqları uğrunda mübarizlərdən: «Siz nə vaxt razı qalacaqsınız?» deyə soruşanlar da tapılır. Nə qədər ki, zəncilər ağlagəlməz polis qəddarlığının qurbanı olacaq, biz razı qalmaq fikrində bulunmuruq. Nə qədər ki, bizim yorğun-arğın qardaşlarımız yolüstü motellərə və şəhərdəki otellərə buraxılmır, biz razı qala bilmərik. Zənci ailəsinin hər hansı yerdəyişməsi, balaca qettodan daha irisinə köçməkdən başqa bir şey deyilsə, biz niyə razı olmalıyıq ki?! Missisipidəki zənci səs verməkdən məhrumdursa, Nyu-York zəncisinin səs verəcəyi bir nəfər yoxdursa, nə səbəbə razı qalmalıyıq? Bəli, ədalət və ləyaqət bir sel kimi qabağına çıxan bəndləri hələ ki, süpürüb atmayıb, biz narazıyıq və narazılığımız səngiməyəcək! Xəbərim var – bura gəlməzdən əvvəl sizlərdən çoxunuz ağır sınaqlardan keçmisiz, başınız bəlalar çəkib. Bəziləriniz qaranlıq məhbəslərdən yenicə qurtulmusunuz; bir paranız elə bölgələrdən gəlmisiniz ki, azadlığa can atmağınız ucbatından oralarda təqiblərə, polis amansızlığına məruz qalmısız. İrqçi terrorun qurbanlarına çevrilmisiniz! Ancaq işinizi davam etdirməkdə olun! İnanın ki, çəkdiyiniz iztirablar öz bəhrəsini verəcəkdir! Missisipiyə qayıdın, Alabamaya, Cənubi Karolinaya, Corciya və Luizanaya – gəldiyiniz yerlərə dönün! Şimal şəhərlərinin gettolarına, viranələrinə çıxın gedin, ancaq yadınızdan çıxarmayın ki, indiki vəziyyət dəyişilə bilər, daha doğrusu dəyişilməlidir. Qoy bir daha ümidsizlik uçurumuna yuvarlanmayaq! Ey mənim dostlarım! Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də mənim bir arzum var və o, bütün Amerikanın bəslədiyi köklü arzusundan ayrılmazdır. Ümidvaram ki, günlərin bir günü ölkmiz “bütün insanlar bərabər yaranıblar” prinsipiylə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər! Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin! Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var... Arzum budur ki, bu gün qubernatoru dişlərini qıcadıb bizi «məhv etmək» niyyətində olan Alabama ştatını sabahısı ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi gəzib-dolandığı məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!... Elə bir günün arzusundayam ki, onda çöllər qabaracaq, dağlar enəcək! Dərə-təpə yerlər hamarlanacaq, dolama yollar düz gedəcək və “Tanrı möcüzəsi zühur edəcək və hamı bunu öz gözüylə görəcək!” Ümidimiz bundadır! Elə bu inamla Cənuba qayıdıram. Bu inamla biz naümidlik dağından ümid qayasına yol açırıq. Bu inam, niyyətimizdəki kəskin dissonansı gözəl bir qardaşlıq simfoniyasına çevirməkdə bizə yardımçı olacaq. Bu inam, bizə birlikdə işləməyə, birlikdə ibadət etməyə, birlikdə mübarizə aparmağa, bir yerdə həbsxanaya düşməyə, bir gün xilas olacağımızı bilərəkdən azadlığın təəssübünü birlikdə çəkməyə kömək göstərəcək! Və bu elə bir gün olacaq ki, Allah-təalanın bütün bəndələri məşhur sözlərə yeni məna qataraq belə oxuyacaqlar: «Yurdum, azadlığın şirin torpağı, səni vəsf edirəm! Əcdadlarımızın üz qoyduğu torpaq, zəvvarların öyünçü – torpaq, Qoy dağlar başından azadlığın sədası gəlsin!» .  Əgər Amerika bəyük millət olmaq istəyirsə, bu arzu gerçəkləşməlidir! Qoy azadlıq sədası Nyu-Hempşirin təpələrindən gəlsin! Qoy azadlıq sədası Nyu-Yorkun əzəmətli təpələrindən gəlsin! Qoy azadlıq sədası Pensilvaniyadakı Alleqan dağlarından gəlsin! Qoy azadlığın sədası Koloradonun qarlı qayalarından gəlsin! Qoy azadlığın sədası Kaliforniyanın gözəl yamaclarından gəlsin! Təkcə oralarda yox: qoy azadlığın səsi Corciyanın daşında-qayasında əks-səda versin! Qoy azadlığın gur səsi Tennesidəki Lukaunt dağına düşsün! Qoy azadlığın sədası Missisipinin hər bənd-bərəzindən keçib-getsin! «Qoy hər dağ başından azadlığın sədası gəlsin!» Bu əməlimiz baş tutsa, yəni azadlığa köks dolusu cingildəməyə izn versək, onu hər kənddə-kəsəkdə, hər bir şəhərdə və ştatda səsləndirə bilsək, elə bir günü yaxınlaşdırarıq ki, həmən məqamda ağlar-qaralar, yəhudilər və bütpərəstlər, protestantlar və katoliklər, Allahın bütün bəndələri əl-ələ tutar və köhnə zənci nəğməsini oxuyarlar:

“Azad olduq axırı. Axır ki, azad olduq. Şükür olsun ulu Tanrı, Biz azadıq axırı!” 

Lüteranlıq

Lüteranlığın yananma tarixi dəqiq məlumdur. Bu, 31 oktyabr 1517 –ci ildə baş vermişdir. Həmin gün AlmaniyanınVittenberq şəhərində katolik kilsəsinin baş keşişi Martin Lüter (1483-1546) katolik kilsəsinə qarşı “95 tezis” adlı sənədi öz kilsəsinin qapısına yapışdırır. Həmin sənəddə Martin Lüter katolik kilsəsini tənqid edərək, kilsə islahatı təşəbbüsü ilə çıxış edir. Həmin tezislərdə Martin Lüter papalığın və katolik ruhaniliyin etiqada və vicdana nəzarət etməkdə Allahla insanlar arasında vasitəçilik hüququna malik olmaları iddialarına qarşı çıxırdı. O, göstərirdi ki, insan öz ruhunu yalnız Allahın bilavasitə ona bəxş etdiyi öz şəxsi etiqadı vasitəsi ilə xilas edə bilər.

Bu Reformasiya Hərəkatının başlanması idi. Martin Lüter və onun tərəfdarları İncil (Yevangeliya) üzərində yeni kilsənin əsasını qoyduqlarını (onun adı öz başlanğıcını buradan götürüb – “Yevangel”) bəyan edirlər. İlkin xristian Kilsəsi prinsiplərini bərpa etmək şüarı altında ruhaniliyin silki imtiyazının ləğv edilməsi, rahibliyin və Roma kuriyasının, yəni baha başa gələn bütün kilsə iyerarxiyalarının aradan qaldırılması tələbləri irəli sürülürdü. Katolik iyerarxiyası ilə birlikdə papanın dekret və məktublarının, dini məclis qərarlarının da (“ Müqəddəs Rəvayətlər”) nüfuzu rədd edilirdi. İlk əvvəl yevangel imanı alman şəhərlərində və ayrı-ayrı knyazlıq torpaqlarında yayılır. 1530-cu ildə Auqsburq şəhərinin reyxstağında Martin Lüterin ən yaxın silahdaşı Filip Melanxton tərəfindən hazırlanmış və Martin Lüter tərəfindən bəyənilmiş yeni məzhəbin dini təlimlərini rəsmən formalaşdıran müddəalardan ibarət sənəd oxunur. Bu sənəd tarixə “Auqsburq  məzhəbi” adlı sənəd kimi daxil olmuşdur. Belə bir sənədin ortaya çıxması Lüteranlığın katolisizmdən rəsmən ayrıldığını göstərirdi. Papanın yeni təlimi aradan qaldırmağa yönəlmiş bütün cəhdləri boşa çıxır. 25 sentyabr 1555-ci ildə Auqsburq şəhərində tərəflər arasında razılaşma əldə edilir. Bağlanmış müqavilə əsasında Lüteranlıq  izin verilmiş, qanuni din elan edilir. Bu müqaviləyə Avropada dini dözümlülüklə bağlı qəbul olunmuş ilk sənəd kimi də baxmaq mümkündür.

Reformasiya hərəkatının düşmənləri Martin Lüterin tərəfdarlarını “lüteranlar”, hərəkatın tərəfdarları isə özlərini “məsihçilər” və “yevangelistlər” adlandırırdılar. Martin Lüter sağlığında yeni dini istiqamətin öz adı ilə adlandırılmasınının əleyhinə olmuşdur. Yalnız Reformasiya hərəkatının başlanmasından 100 il sonra, XVII əsrdə “lüteranlar” adı lüteranların özləri tərəfindən rəsmən qəbul edilmişdir. 

Təşkilatı

Dünyada 75 mln. lüteran və 192 lüteran kilsəsi vardır. 59 kilsə Ümumdünya Lüteran Federasiyasına (ÜLF) daxildir. ÜLF lüteran kilsələrinin beynəlxalq təşkilatıdır. Onun qərargahı Cenevrə şəhərində yerləşmişdir. Lakin bu qurumun qərarları kilsələr üçün tövsiyə xarakteri daşıyır. Lüteranlar altı ölkədə əhalinin böyük əksəriyyətini təşkil edir: İslandiya, Danimarka, Norveç, İsveç, Finlandiya və Estoniya. Rusiyada iki Lüteran kilsəsi fəaliyyət göstərir: Yevangelist – Lüteran kilsə (YLK) və İnqriya Yevangelist-Lüteran kilsəsi (İYLK). İnqriya şimal müharibəsi zamanı (XVIII əsr) Rusiyanın İsveçdən ayırdığı ərazidir. İndi İnqriyaya Sankt-Peterburq və onu əhatə edən ərazilər daxildir. Hazırda YLK öz sıralarında 120 min, İYLK isə 10 min nəfər mömini birləşdirir.

Azərbaycana Lüteranlıq XIX əsrin ortalarında daxil olmağa başlamışdır. Lüteranların ilk nəsli alman mənşəli mühacirlər olmuşdur. Alman məskənlərinin ləğv edilməsi ilə bu məzhəbin tərəfdarlarının sayı azalmışdır. Bakının mərkəzi küçələrinin birində vaxtilə Lüteran kilsəsi ucaldılmışdır ki, bu kilsə hazırda da möminlərin  həftədə bir gün 2 saat ərzində xidmətindədir. Müasir Azərbaycanda məzhəbin rəsmi adı “Xilaskar Yevangelik-Lüteran kilsəsi” olub, Bakı və Sumqayıtda kiçik icmalar şəklində təmsil olunmuşlar.

Teoloji Əsasları

Lüteranlığın teoloji əsasları bir neçə tarixi sənədə Martin Lüterin “95 tezis” (1517), “Qısa Katexizis”, “Böyük Katexizis”, “Şmalkalden məqalələri” və Filip Melanxtonun “Auqsburq məzhəbi” sənədinə (1530) əsaslanır. Lüteranlığın teoloji əsaslarını da pravoslavlıq və katolisizmdə olduğu kimi üç qata ayırmaq mümkündür. 

Birinci qat antik xristianlıq qatıdır. Bu qata antik xristianların formalaşdırdığı bütün doqquz əsas dini təlim daxildir:

• Bibliya haqqında təlim;

• Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;

• Peyğəmbərlər haqqında təlim (bu təlim pravoslavlıq və katolisizmdə olduğu kimi müqəddəslərə ehtiramın bir hissəsinə çevrilmişdir);

• Ruh haqqında təlim;

• Axirət həyatı haqqında təlim;

• İsa Məsihin təbiəti haqqında təlim;

• İsa Məsihin birinci gəlişi haqqında təlim;

• İsa Məsihin ikinci gəlişi haqqında təlim;

• Günahların satın alınması haqqında təlim.

Lakin qeyd etmək lazımdır ki, Lüteranlıqda axirət həyatı, ruhun neçənci gün Cənnət və ya Cəhənnəmə düşməsi haqda baxışlar pravoslavlıq və katolisizmdən fərqlənir. Pravoslavlar hesab edir ki, Allah bu qərarı insanın ölümündən 40 gün sonra qəbul edir, katoliklər bu qərarın həmin gün qəbul olunduğunu düşünürlər. Lüteranlıq təliminə görə Allah tərəfindən belə bir qərarın qəbul olunduğu vaxt insanlara məlum deyildir.

İkinci qat – katolik qatdır. Bu qatda yalnız iki dini təlim vardır: birincisi, Müqəddəs Ruhun təkcə Allah-Atadan deyil, Allah -Oğuldan da nəşət etməsi; ikincisi,  xaçın müqəddəsləşdirilməsi.

Üçüncü qat – xüsusi Lüteran qatdır. Lüteranlıq dini təlimində xüsusi qata o dini təlimlər daxil edilmişdir ki, onlar nə antik-xristianlıq (V əsr), nə də katolisizmdə yoxdur. Bu təlimlər lüteran din xadimləri, ilk növbədə Martin Lüter tərəfindən işlənmişdir. Lakin Martin Lüterdən başlayaraq, bizim günlərin ruhanilərinə kimi, lüteran din xadimləri lüteranlığa həvarilərin dini təliminə qayıdış kimi baxırlar.

Lüteranlığın xüsusi teoloji qatında 7 əsas dini təlim ayırmaq mümkündür:

• ümumi ruhanilik haqqında təlim;

• tək imanla bəraət qazanmaq haqqında təlim;;

• dini təlimin yeganə mənbəyi haqqında təlim;

• çörək və şərabdadma ayini haqqında təlim;

• müqəddəslərə ehtiram haqqında təlim;

• əlqoyma haqqında təlim. 

Bu təlimlərin bəziləri (xüsusən də birinci dördü) sonralar yaranmış xristian məzhəbləri tərəfindən qəbul edilmişdir. Məhz bu məzhəblər protestant məzhəbləri adlandırılmışlar. Lakin həmin dini təlimlər xristianlığın inkişafı prosesində ilk dəfə məhz lüteranlar tərəfindən əsaslandırıldığına görə onlar Lüteranlığın xüsusi teoloji qatına aid edilmişlər.

Nəticə: Martin Lüterin dində islahatlar aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Lüter indulgensiya satışına dair etirazlarını 31 oktyabr 1517-ci ildə "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asmışdır. Bu haqda xəbər tezliklə Papaya da çatmış və Lüter izahat üçün Romaya çağırılmışdır. Lakin Saksoniya   kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınmışdır. 1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili  Kaetan tərəfindən kardinal bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 1520-ci ildə Papa rəsmən Lüteri dindən çıxarmış və bununla da, onun yeni məzhəb yaratmaq işini sürətləndirmişdir. Marten Lüter refarmasiya tarixində hansı izlər qoymuşdur Lüter ilk öncə cənnət qəbizlərin yandlrdı və insanların kilsə zülümündən xilas etdi və o məhkəmə zalından çıxanda belə bir cavab verdi mən artıq cəhənnəmi satın almışam və ora heç kimi buraxmayacam.

Gülnur Əliyeva

Tarix müəllimi

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərsdə halı pisləşən şagird ÖLDÜ05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45