Təhsil 365 - Logo Mobile

Gəncə terrorundan dörd il ötür

3117.10.2024 - 06:00
Gəncə terrorundan dörd il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

Tehsil365 xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2023-cü il oktyabrın 3-də separatçıların keçmiş rəhbəri Araik Arutyunyanı saxlayıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində A.Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycanın Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə də əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40