Krasnoyarsk məktəbində fizika müəllimi qeyri-standart tədris metodları nümayiş etdirib. Belə ki, o, düsturlar və tənlikləri öyrətməkdən əlavə, sinif otağında "kvadrober"lər kimi tullanır, hürür və partanın üstünə çıxırdı.
Tehsil365 xəbər verir ki,"kvadrober" müəllim barədə ilk məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilib ki, onun tədris yanaşması uşaqları sevindirsə də, yetkin insanlar onun pedaqoji üsullarına tənqidi yanaşıblar.
Viktor Kasyanov əvvəllər Krasnoyarskın 147 nömrəli məktəbində işləyib. Lakin bu yaxınlarda işdən çıxıb və özəl təhsil müəssisəsinə keçib. Müəllimin əvvəlki iş yerinin rəhbərliyi etiraf edib ki, müəllimin "fərqliliyi"nə etirazları olmayıb.
Qeyd edək ki, müəllim açdığı "Telegram" və "YouTube" kanallarında ev tapşırıqlarını dərc edir və məsələlərin həllində kömək edir.