AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi hazırlayıb.
MEK-dən “Tehsil365”ə bildirilib ki, kitabxananın fondlarındakı nəşrlərdən ibarət sərgidə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən kitablar nümayiş olunur. Sərgidə “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi”, “Heydər Əliyev. Müstəqillik yolu”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev müstəqil Azərbaycanın neft emalı sənayesinin banisidir”, “Heydər Əliyev: dövlət xalq üçündür”, “Müstəqil Vətənin memarı”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Milli lider və müstəqil dövlətçilik”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və digər nəşrlər yer alıb.
Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan nəşrlərdə həmin dövrün bir sıra aktual problemləri önə çəkilir, müstəqillik dövrünün fəlsəfəsi, yeni dövrə baxış, çağdaş problemlərin təhlili mühüm yer tutur.
Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.