Xəbər verdiyimiz kimi, 19-20 oktyabr tarixlərində ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə həyata keçirilib.
Tehsil365 xəbər verir ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13000-ə yaxın tərbiyəçi-müəllim və metodist iştirak edib.