Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “eTwinning” layihəsi çərçivəsində pedaqoji heyətlə görüş keçirilib.
Tehsil365 "Azərbaycan müəllimi"-nə istinadən xəbər verir ki, görüşdə mərkəzin müəllimləri və rəhbərlik iştirak edib.
Xatırladaq ki, "eTwinning" müxtəlif ölkələrin məktəbləri arasında birgə layihələri və şagird mübadiləsini təşviq edən beynəlxalq təhsil proqramıdır. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, müxtəlif ölkələr üzrə həmkarlarla birgə təhsilin inkişafı istiqamətində müxtəlif lahiyələr icra etmək üçün şərait yaratmaqdan ibarətdir.