Təhsil 365 - Logo Mobile

MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans

1621.10.2024 - 11:40
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans

Mingəçevir Dövlət Universitetində (MDU) Energetiklər Gününə Həsr Olunmuş Elmi-Praktik Konfrans Keçirilib

Bu gün, 21 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində energetiklər gününə həsr olunmuş, “Azərbaycan energetikasının dayanıqlı inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycanın Energetiklər Gününə həsr olunub və ölkənin enerji sektorunun dayanıqlı inkişaf perspektivlərinin müzakirəsinə həsr edilib.

Tehsil365 xəbər verir ki, konfransda universitetin akademik heyəti, "Azərbaycan İES" MMC-nin əməkdaşları ilə yanaşı, şəhərin medya nümayəndələri də iştirak edib. Tədbir əvvəlcə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru MDU-nun Energetika kafedrasının müdiri Ülkər Aşurova, konfransın mahiyyətindən və ölkənin enerji sektorunda dayanıqlı inkişaf strategiyasının vacibliyindən danışıb. Konfransın rəsmi hissəsi MDU-nun rektoru v.m.i.e., tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun açılış nitqi ilə başlayıb.

O, çıxışında Azərbaycanın energetika sahəsinin inkişaf yoluna diqqət çəkərək, bu sahədə aparılan islahatları və Mingəçevirin ölkə energetikasında oynadığı mühüm rolu vurğulayıb. Zeynalov bildirib ki, Mingəçevir enerji mərkəzi olaraq Azərbaycanın iqtisadi dayanıqlığına töhfə verməkdə davam edir. O, eyni zamanda, Mingəçevir Dövlət Universitetinin enerji sahəsində ixtisaslı kadrların hazırlanmasında və tədqiqatların aparılmasında əhəmiyyətli rolunu qeyd edib: "Universitetimizin bu sahədə fəaliyyət göstərən mütəxəssisləri həm ölkədaxili, həm də beynəlxalq səviyyədə energetikanın inkişafına mühüm töhfələr verməkdədir. Bu konfrans isə Azərbaycan energetikasının yeni çağırışlarını müzakirə etmək üçün mükəmməl platformadır.
"Azərbaycan İES" MMC-nin direktoru Təhmasib Hüseynov, Energetiklər günü ilə bağlı MDU-da keçirilən sil-silə tədbirlərdən bəhs edib.

Universitetin energetiklər gününü diqqətdə saxlamasını yüksək dəyərləndirən T. Hüseynov rəhbərliyə və müəllim kollektivinə minnətdarlığını ifadə edib. Ölkədə enerji təhlükəsizliyinin təmin olunmasında görülən işlərdən və gələcək planlardan bəhs edən T. Hüseynov, həmçinin, Mingəçevirin strateji enerji mərkəzi olaraq Azərbaycan energetikasına verdiyi böyük töhfələrə toxunaraq bildirib: “Azərbaycanın energetika sektorunda Mingəçevir mühüm rol oynayır və bu şəhər Azərbaycanın elektrik enerjisi təminatının əsas dayağıdır. Hazırda ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və dayanıqlı inkişafında Mingəçevir əhəmiyyətli mövqeyi ilə seçilir.”
Sonra MDU-nun Energetika kafedrasının baş müəllimi , texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova, “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” “Azərbaycan İES” MMC-nin Xüsusi işlər üzrə aparıcı mütəxəssisi Emin Paşayev “Azərbaycan energetikasında Mingəçevirin rolu , MDU-nun Energetika kafedrasının müəllimi Əbülfət Ədilov, “Energetika ən şərəfli peşə sahələrindən biridir”, MDU-nun Energetika kafedrasının müəllimi Elsevər Cəfərli, “Alternativ enerji resursları ilə ənənəvi enerji mənbələrinin birgə işinin təşkili” mövzuları üzrə məruzələr dinlənilib Konfransın sonunda Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” MMC arasında Fəaliyyət planının imzalanma mərasimi keçirilib.

Bu əməkdaşlıq Mingəçevirin enerji sektorunun inkişafına yeni təkan verməyi və universitetin əmək bazarına təcrübəli kadr yetişdirəsini hədəfləyir. Konfrans ağacəkmə mərasimi ilə yekunlaşıb.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40