Təhsil 365 - Logo Mobile

AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı

2821.10.2024 - 13:00
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı

Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb. 

Universitetdən “Tehsil365”ə bildirilib ki, 5 gün davam edəcək forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maketlərin sərgisi, rəsm müsabiqəsi, panel müzakirələr, vörkşoplar, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.

Forumun açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova iştirak edib.

İlk olaraq forum iştirakçıları universitetdə açılan "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı sərgiyə baxış keçiriblər.Tələbələrin tullantı materiallarından hazırladıqları maketlər, innovativ yanaşmaları və ekoloji problemlərə diqqəti artırmaq məqsədilə yaradılan dizaynları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Dizayn fakültəsi tələbələrinin bu yaradıcı işləri ətraf mühitin qorunması və tullantıların yenidən istifadəsi mövzusunda cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətli bir addım olub.

Sonra forumun rəsmi açılış mərasiminə keçilib. Açılış mərasimində çıxış edən rektor professor Gülçöhrə Məmmədova bildirib ki, bu gün universitetdə keçirilən forum Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verə biləcək. O qeyd edib ki, tədbir universitetin tələbələrinin təşəbbüsü ilə keçirilir: "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Bu gün keçirilən forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar. Ümid edirəm ki, tələbələrimiz bu ideyaları daim rəhbər tutacaqlar”.

Rektor, həmçinin vurğulayıb ki, universitetin məzunları olan inşaatçılar, memarlar, şəhərsalma mütəxəssisləri ekologiya, iqlim dəyişmələri mövzusu ilə sıx bağlıdırlar və onların tələbəlik illərindən bu mövzunu başa düşməsi, dərk etməsi, öz rollarını bu qlobal problemin həllində görməsi böyük əhəmiyyət kəsb edir. Bugünkü tədbir məhz bu aktual məsələyə həsr edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev forumda çıxışı zamanı Azərbaycanda quraqlıqların artması səbəbi ilə su ehtiyatları 15 faiz azaldığına diqqət çəkib. Bunun nəticəsində Xəzər dənizinin texnogen və antropogen təsirlərə məruz qalaraq sahilyanı ekosistemə ciddi ziyan dəydiyini bildirib.

Nazir müavini qeyd edib ki, dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır: "COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. Mən inanıram ki, bu gün AzMiU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir".

Millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova mötəbər tədbirə hazırlıq prosesi barədə geniş məlumat veriblər. Onlar COP29-un iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanın bu prosesdəki rolunu və töhfələrini qeyd ediblər. Tədbirə hazırlıq mərhələsində görülən işləri və qarşıda duran vəzifələri də izah ediblər.

Onların sözlərinə görə, COP29 Azərbaycan üçün beynəlxalq aləmdə iqlim dəyişikliyi sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq və ölkənin bu qlobal problemə qarşı səylərini daha da gücləndirəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan forumun ilk günü “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələr təşkil olunub.

İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək.

Forumun üçüncü və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.

Sonuncu gün isə forumun bağlanış mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin 5 regionu arasında rotasiya olunur.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə aparmaq məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün ölkəmizdə, o cümlədən AzMİU-da silsilə seminarlar, forumlar və bu kimi müxtəlif tədbirlər həyata keçirir.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40