Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.
Hava şəraiti Xəzər Universitetində bir sıra fəsadlara yol açıb.
Belə ki, universitetin yeməkxanasını su basıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xəzər Universitetindən “Tehsil365”in sorğusuna cavab olaraq bildirilib ki,
aramsız davam edən yağış tələbələrin davamiyyətinə təsir edib:
“Müəllimlərin əksəriyyəti gəlib. Lakin tələbələrin gəlişində problem yaranıb. Saat 10-dan sonra vəziyyətin düzələcəyini ehtimal edirik”.