Təhsil 365 - Logo Mobile

BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO

2922.10.2024 - 12:40
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO

"Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlığın yaradılması” haqqında sənədi BMU-nun rektoru Yaqub Piriyev və İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri, Koreya Respublikasının İNHA Universitetinin professoru Jungho Kim imzalayıb.

Tehsil365 xəbər verir ki, tədbirdə BMU-nun rektoru Yaqub Piriyev Cənubi Koreya və Azərbaycan arasında münasibətlərin tarixinə toxunub, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, son illərdə əməkdaşlıq xüsusilə təhsil sahəsində də möhkəmləndirilib. Rektor buna misal kimi BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramını göstərib və proqramın yüksəkixtisaslı mühəndis kadrların hazırlığına mühüm töhfələr verdiyini fikirlərinə əlavə edib. 

Rektor gələn ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasının (COP29) Bakıda keçiriləcəyini önə çəkib, ölkəmizin qlobal iqlim dəyişikliyi istiqamətində səmərəli fəaliyyətlərini diqqətə çatdırıb, eyni zamanda bu baxımdan “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlığın yaradılması” haqqında sazişin  əhəmiyyətini qeyd edib.

Öz növbəsində Qrupun rəhbəri Jungho Kim ölkəsinin, habelə təmsil etdiyi universitetin Azərbaycanla sıx əlaqələrinin məmnunluq doğurduğunu dilə gətirib. Qonaq saziş çərçivəsində qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə addımlar, həyata keçiriləcək layihələr barədə geniş bəhs edib, habelə bu layihənin Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə icra olunduğunu deyib. Məlumat verilib ki, saziş çərçivəsində BMU ilə bərabər bir sıra universitetlərdən seçilmiş tələbələr iqlim dəyişmələri ilə bağlı mövzularda kurslara cəlb olunacaqlar. Bununla yanaşı, müvafiq sayda tələbələrin Koreyaya səfəri də təşkil ediləcək.

Bundan başqa, hər iki universitetdə iqlim böhranı ilə bağlı təşviqatı gücləndirmək üçün birgə təhsil proqramlarının hazırlanması, təlimlərin təşkili də nəzərdə tutulur.

Görüş gələcək əməkdaşlığın konkret istiqamətləri üzrə fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40