Təhsil 365 - Logo Mobile

Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR

2822.10.2024 - 14:00
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Tehsil365 xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Fərid Əyyubovun sədrliyi ilə bu gün keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, "Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa ediliblər.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən, rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40