Özəl uşaq bağçalarında dövlət müəssisələri üçün nəzərdə tutulmuş meyarlar tətbiq olunmalıdır.
Tehsil365 xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Uşaq hüquqları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir: “Bir müddət əvvəl Bakı şəhərində çox ciddi pozuntular aşkarlanan uşaq müəssisəsi məlum oldu. Bu faktlar onu söyləməyə əsas verir ki, həmin müəssisələrin qeydiyyata alınması, lisenziya verilməsi, sonra onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir”.